"Neftçi" rəsmisi açıqladı: Xalq komandası kimdi?

16.12.2014 | 3507 dəfə oxunub

"Bu gün "Neftçi" deyəndə "xalq komandası" yada düşürsə, "Qarabağ" adı insanlar üçün böyük motivasiyadır. "Qarabağ" klubu hər hansı uğura imza atdıqda, bu, Azərbaycan həqiqətlərinin Avropaya, dünyaya çatdırılmasında böyük rol oynayır və ən gözəl təbliğat vasitəsidir". 

Stadium.Az xəbər verir ki, bu sözləri "Neftçi"nin vitse-prezidenti Elnur Məmmədov Report.az-a açıqlamasında deyib. Klub rəsmisi daxili çempionat oyunlarında deyil, avrokubok matçlarında daha çox azarkeşin stadiona gəlməsinə diqqət çəkib: "Təəssüf hissi ilə qeyd etmək lazımdır ki, azarkeşlər yerli yox, avrokubok səviyyəli oyunlarda daha çox olurlar. Götürək sonuncu "Qarabağ" - "Neftçi" oyununu. Biz də Avropada oynamışıq, "Qarabağ"ın da oyunlarında 32 minlik Tofiq Bəhramov adına Respublika stadionu azarkeşlə dolu olur. Ancaq çempionluğa oynayan bu iki komandanın bir-biri ilə qarşılaşmasında təxminən 2000 azarkeş olur. Bunun səbəbi nədir? Biz bu suala cavab verə bilsək, bütün məsələləri həll edərik".

E.Məmmədov "Neftçi"nin deyil, "Qarabağ"ın xalq komandası adlandırılmasına isə belə reaksiya verib: "Mən belə fikirlərlə o vaxt razılaşaram ki, hər hansı klubumuzun yerli komanda ilə oyununda stadion tamamilə dolu olsun. Əgər iki sektor yarımçıq dolursa, bu faktlar onun əksini göstərir. İndiki halda hətta I divizion klubunun oyununa daha çox azarkeş gəlir. Məsələn, mən "Ağsu" komandasının oyununda olmuşdum və stadion azarkeşlə dolu idi".

"Neftçi" rəsmisi bildirib ki, oyunların televiziya vasitəsilə yayımlanması yerli çempionatda azarkeşlərin stadionda gəlməməsinə səbəb olur. O, stadiona azarkeş cəlb etməyin asan olduğunu vurğulasa da, həmin azarkeşləri stadionda saxlamağın və veteran ailələri tribunalara cəlb etməyin vacibliyini dilə gətirib: "İnsanlar işləyir və həftədə bir neçə saat boş vaxt tapırsa, çalışır ki, daha yaxşı əmtəə əldə etsin. İndi televiziyalarda bir neçə oyun göstərilir. Bu səbəbdən, televiziya qarşısında oyun izləmək insanların işinə yarayır. Futbol üçün darıxan adam Almaniya Bundesliqası, İspaniya La Liqası və ingiltərə Premyer Liqasına baxaraq öz maraq ehtiyacını ödəyəcək. Bizdə isə stadiona həmin klubla ürəyi döyünən insanlar gəlir. Biz stadionlara veteranları, ailələri cəlb etmək istəyirik. Elə bir şərait olmalıdır ki, hər bir insan stadiona gəlib, oyun izləyə bilsin. 1980-ci illərdə "Neftçi"nin oyunlarında stadion tamamilə dolurdu. Televiziya qarşısında və sosial şəbəkələrdə gedən müzakirələrə baxdıqda görünür ki, insanlar futbolu çox sevirlər. Azərbaycanda sosial şəbəkələrdə olan istifadəçilərin 60%-dən çoxu futbolla maraqlanır. Bu da böyük göstəricidir. Ona görə də biz həmin o insanları stadiona gətirməliyik. Ancaq oyundan əlavə maraqlı işlər də görülməlidir. Azarkeşi stadiona cəlb etmək asandır, amma onları saxlamaq lazımdır. Bununla bağlı da işlər görülür, lakin indi açıqlamaq istəmirik. Fasilədən sonrakı oyunlarda azarkeşlər bunun şahidi olacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail