İtaliya mətbuatı "Qarabağ"dan yazdı

18.12.2014 | 4512 dəfə oxunub

İtaliyanın "La Repubblica” qəzetinin saytında Ağdamın "Qarabağ” futbol klubunun İtaliyanın "İnter” komandası ilə keçirdiyi son oyunda hakimin ədalətsizliyindən bəhs edən yazı yerləşdirilib.

Yazıda deyilir: "Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrini yaşayan Ağdam şəhərinin "Qarabağ” klubu son matçında İtaliyanın "İnter” klubu ilə qarşılaşmada hakimin ədalətsizliyi ilə üzləşdi. Acı taleyi olan "Qarabağ” dünyada ruhlar şəhəri kimi tanınan Ağdamın ən önəmli rəmzlərindəndir”.

Məqalədə Ağdam şəhərinin 1990-cı illərdə ermənilər tərəfindən işğal olunaraq dağıntılara məruz qalması qeyd edilir. Bildirilir ki, "Qarabağ” klubunun oyunçuları uzun illərdir məşqlərini doğma meydançadan kənarda – Bakıda keçirməli olurlar. Klub azərbaycanlı qaçqın və məcburi köçkünlərin rəmzinə çevrilib.

Müəllif diqqətə çatdırır ki, futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsi çərçivəsində Bakıda İtaliyanın "İnter” komandasını qəbul edən Azərbaycan çempionu "Qarabağ”ın oyunun 94-cü dəqiqəsində vurduğu qolun hesaba alınmaması təkcə azərbaycanlı futbolsevərlər tərəfindən deyil, bütün idman ictimaiyyəti tərəfindən ciddi narazılıqla qarşılanıb: "Klubun vitse-prezidenti Tahir Gözəl UEFA-ya şikayət məktubu ünvanlayıb. Klub haqlı olaraq bu məsələnin araşdırılmasını tələb edir. Dünyanın müxtəlif ölkələrindən, o cümlədən İtaliyadan olan futbolsevərlər də "Qarabağ”ı dəstəkləyirlər. "Qarabağ” son matçında növbəti uğuruna imza ata bilməsə də, bütün dünyanın rəğbətini qazandı”. (AzərTac)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail