Qazaxstan millisinin erməni məşqçisi azərbaycanlı futbolçunu heyətdən qovub EKSKLUZIV

«Erməni harada olsa, erməni olduğunu göstərməlidir»

20.08.2011 | 7745 dəfə oxunub

Qazaxstan millisinin üzvü Əli Xanəli  Əliyev (ona daha çox Əli Əliyev kimi müraciət olunur) milliyətçə azərbaycanlı olduğuna görə millidən kənarlaşdırılıb. Stadium.Az xəbər verir ki, buna səbəb  isə Qazaxstan millisinin baş məşqçisinin köməkçisi QriqorirnBabayanın milliyətçə erməni olmasıdır. O, Əlininin  Türkiyənin Bank Asiya Liqasında oynamasını və zədəli olmasını bəhanə gətirərək, futbolçuya millidə oynamaq şansı vermir. Lakin futbol Qazax biliciləri onun milliyə çox kömək olacağını bildirir.

rnrn

Əli Əliyevin Qazaxıstan idman saytlarından birinə məsələylə bağlı bunları söyləyib: "Bu boş söhbətdir ki mən aşağı diviziyon klubunda oynayıram və zədəliyəm, sadəcə məşqçi siyası və düşmənçilik fikirlərinə görə mənim yığmaya gəlməyimə əngəl törədir. Düşünürəm ki, bura əsas məsələ mənim azərbaycanlı olmağımdır. Çünki baş məşqçinin köməkçisi ermənidir. Onlarla bizim münasibətlər də göz qabağındadır. Amma bu idmandı, futbolu siyasətə qatmaq lazım deyil. Amma erməni harada olsa, erməni olduğunu göstərməlidir".

rnrn

Əli Xanəli oğlu Əliyev 27 oktyabr 1980 cı ildə Almata şəhərində anadan olub. Futbol karyerasına 1998 ci ildə "Kayrat" komandasına başlayıb. Ampulaca müdafiəçidir. 175 sm boya malikdir və 2006 cı ilə qədər bu komandada oynayıb. Əli "Kayrat" komandasında 1998 -2006 illərdə 186 oyunda 18 qola imza atıb.

rnrn

Sonradan o Türkiyədə legioner həyatı yaşamağa başlayıb. Əlinin Türkiyə karyerası isə aşağıdakı kimidir:

rnrn

"Akçaabat Sebatspor"  2006rn-2007 mövsümü 16 oyun 5 qol

rnrn

"Kayseri Erciyesspor" 2007-2009 mövsümü   43   oyunrn2 qol

rnrn

"Kartalspor"  2009-2010 mövsümü   20 oyun

rnrn

Hazırda isə "Diyarbakirspor"da çıxış edir. 

rnrn

Qazaxstan millisinin heyyətində 2002 2008  ci illərdə 3 oyuna çıxıb. Əli Əliyev "Kayrat"ın heyyətində 2004 cü ildə Qazaxstan çempionu, 2001 və 2003-cü illərdə isə Qazaxstan kubokunun sahibi olub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail