Məşqçilər Komitəsinin son üzvü müəyyənləşdi

19.12.2014 | 3635 dəfə oxunub

Bu gün AFFA-nın inzibati binasında baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki və Məşqçilər Komitəsinin üzvlərinin iştirakı ilə bir neçə görüş keçirilib. Stadium.Az xəbər verir ki, əvvəlcə baş katib Elxan Məmmədov millimizin baş məşqçisi Robert Prosineçkini və əcnəbi köməkçilərini qəbul edib. Sonra R.Prosineçki Məşqçilər Komitəsinin üzvləri ilə, ardınca isə Elxan Məmmədov Məşqçilər Komitəsi ilə görüşüb.

Baş katiblə Məşqçilər Komitəsinin üzvləri arasında görüşdə 6-10 yaşlı uşaq komandalarının məşqçiləri üçün AFFA tərəfindən kursların təşkil olunması barədə qərar qəbul edilib. Məşqçilər Komitəsinin təqdimatına əsasən, Şakir Qəribov komitənin üzvü təyin olunub. Bundan əlavə, görüşdə aşağı yaş qruplarından ibarət yığma komandalarla və 21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının baş məşqçisi vəzifəsinə namizəd yerli və əcnəbi mütəxəssislərlə bağlı fikir mübadiləsi aparılıb.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail