"Qarabağ" "qış çempionu" oldu, əyalətdə sülh - YENİLƏNİB

21.12.2014 | 4636 dəfə oxunub

Bu gün Premyer Liqada XVIII turun oyunları keçirilib. Stadium.Az xəbər verir ki, ilin son turunun bütün qarşılaşmaları eyni gündə nəzərdə tutulsa da, cəmi 3 matç baş tutub.

Turun mərkəzi oyunu Qəbələdə olub. Şəhərin eyniadlı təmsilçisi doğma azarkeşləri önündə "İnter"i qəbul edib. Hər iki tərəf meydana 3 xal üçün çıxmışdı. Qələbə "İnter"i ilk pilləyə yüksəldə bilərdi. Ancaq paytaxt təmsilçisi səfərdən 1 xalla qayıdıb.

Günün digər maraqlı qarşılaşması Lənkəranda keçirilib. Yerli "Xəzər Lənkəran" "Fırtınalar meydanı"nda AZAL-ı sınağa çəkib. Bu matçda da qalib müəyyənləşməyib.

"Qarabağ" isə mərkəzi arenada "Sumqayıt" üzərində inamlı qələbə qazanıb və fasiləyə "qış çempionu" kimi yollanıb.

Tura Zaqatalada yekun vurulmalı idi. "Simurq" "Bakı"ilə qarşılaşmalı idi. Ancaq hava şəraiti oyunun keçirilməsinə imkan verməyib.


21 dekabr (bazar)

Azərbaycan Premyer Liqası, 18-ci tur

15:00. “Qəbələ” – “İnter” 1:1
Qollar:
Dodo, 38 - Məhəmməd Mirzəbəyov, 67

Qırmızı vərəqə: Elvin Məmmədov, 87

Hakimlər: Fariz Yusifov, Munis Abdullayev, Elşən Acalov, Vüsal V. Əliyev
Qəbələ şəhər stadionu.

15:00. “Xəzər Lənkəran” – AZAL 1:1
Qollar:
Fernando Qabriel, 59 - Freddi Mombonqo, 43

Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Akif Əmirəli, Rəhim Həsənov
“Xəzər Lənkəran” mərkəzi stadionu.

15:30. “Qarabağ” – “Sumqayıt” 2:0
Qollar:
Leroy Corc, 25, Vurğun Hüseynov, 56 (avtoqol)

Hakimlər: İnqilab Məmmədov, Yaşar Abbasov, Nahid Əliyev, Orxan Məmmədov
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

17:00. “Simurq” – “Bakı” (Təxirə salındı)
Hakimlər:
 Ömər Paşayev, Azər Əsgərov, Mübariz Haşımov, Ramil Diniyev

Zaqatala şəhər stadionu. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail