Dodo: “Heç bir yerdə belə hadisəylə üzləşməmişdim” - MÜSAHİBƏ

22.12.2014 | 3797 dəfə oxunub

“Qəbələ”nin Braziliyalı futbolçusu Luiz Hilariyo Dodonun Stadium.Az saytına müsahibəsi:

- Əvvəlcə “İnter”lə oyun haqda fikirlərinizi bildirərdiz...

- “İnter”lə oyunumuz çox yaxşı keçdi. Biz daha göstərdik ki, ilk pilləyə layiq komandayıq. Sadəcə bir məqama təəssüflənirəm ki, sonuncu anda əla vəziyyəti qola çevriə bilmədim. O anda qol vursam indi daha yaxşı idi vəziyyətimiz. Bu da futboldur, futbolda belə şeylər olur.

- Səncə “İnter”in futbolçusuna haqlı olaraq qırmızı vərəqə verildi?

- Əlbəttə, hakim düz qərar verdi. Ruslan Tağızadə rəqib qapıçıyla təkbətəkə gedirdi. Hakim də qaydanı pozan futbolçuya ikinci sarı qəvərə verərək meydandan qovdu. Məncə tam doğru qərar idi.

- Bəs Kamran Ağayevin vəziyyəti? O, rəqin futbolçunu vursa da, hakim buna göz yumdu...

- Düzünü desəm, mən hakimin qərarına təəccübləndim. Elə bildim ki, hakim qırmızı vərəqə verəcək, amma xoşbəxtlikdən heç nə olmadı. Allaha şükürlər olsun ki, referi Kamrana qırmızı vərəqə vermədi.

- “Qəbələ”yə bundan sonra Roman Qriqorçuk rəhbərlik edəcək. Necədir fikirlərin?

- Yeni baş məşqçimiz barədə heç nə deyə bilmərəm. Çünki hələ tanımıram. Yanvarda komandayla birlikdə təlim-məşq toplanışında məşqçi bizi, biz də onu tanıyacağıq. Yalnız bundan sonra nəsə söyləmək mümkündür.

- İndiyə qədər olan nəticələri necə dəyərləndirirsiz?

- Bizi bu qədər geri salan “Araz Naxçıvan”ın çempionatdan getməsi oldu. Mən hələ heç bir yerdə belə hadisəylə üzləşməmişdim. Biz bununla 6 xal itirdik. Əgər hadisələr belə cərayan etməsəydi, biz indi 25 xalla dördüncü sırada idik və üçüncü yerdən bir, liderdən isə 9 xal geri qalardıq. Heç bir yerdə belə şeyə rast gəlməmişəm mən. Həyatımda birinci dəfə idi görürdüm. İndi bizim yeni baş məşqçimiz var. İnanıram ki, fasilədən sonra komandamız daha yaxşı çıxış edəcək və lazımi xalları yığaraq istədiyimizə çatacağıq.

- Dorniel Munteanunun getməsi yaxşı oldu demək istəyirsən?

- Mən gedən baş məşqçimiz haqda danışmaq istəmirəm. Ümumiyyətlə, geənin arxasınca danışmazlar. İşləmək, çalışmaq üçün hər kəsə bir dəfə şərait yaradılır. Ona da belə bir şans verildi. Əlindən gələni ediri, çalışırdı, amma nə isə lınmadı, nəticə olmadı.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail