Abdulbari Gözəl "Qarabağ"ın yeni bazasında - FOTOLAR

22.12.2014 | 5265 dəfə oxunub

"Qarabağ" klubun prezidenti Abdulbari Gözəl komandanın bazasını ziyarət edib. Stadium.Az klubun rəsmi saytına istinadən xəbər verir ki, yeni "Qarabağ" erasının təməlini qoyan, Avropa Liqasının qrup mərhələsini hakim haqsızlığı səbəbindən aşa bilməyən klubun prezidenti daim özünəməxsus strategiya ilə "Qarabağ"ın inkişafına təkan verib.
 
Məhz Gözəl bəyin memarı olduğu "Qarabağ" bu gün milyonlar tərəfindən sevilir. Abdulbarı Gözəlin bu gün bazanı ziyarəti heç də təsadüfi olmayıb. Gözəl bəy klubun idarə heyətinin üzvü Fevzihan Arasla birlikdə bazaya təşrif buyurub. 

Klub prezidentini "Qarabağ"ın direktoru Əmrah Çəlikəl qarşılayıb. A.Gözəl komandanın baş məşqçisi Qurban Qurbanov və kapitanı Rəşad Sadıqovla görüşüb. Gözəl bəy Qurban Qurbanovu bir daha Avroliqadakı uğurlu çıxış münasibətiylə təbrik edib. Komandanın "İnter"lə oyunda haqsızlığa uğradığını bildirsə də mənəvi cəhətdən qalib olduğunu bildirib. Hər kəsə "Qarabağ" ruhunun fərqliliyini nümayiş etdirildiyini deyib. 

"Qarabağ"ın əslində qalib olduğunu bildirərək daha böyük uğurlar üçün yeni çağırışlara zəmin yarandığını vurğulayıb. Ardınca, Gözəl bəy hazırda inşası davam edən stadiona gedib. Tikinti işlərinin gedişatıyla yaxından tanış olub. Stadion inaşaatı haqqında ətraflı bilgilər alan klub prezindeti işlərinin sürətləndirilməsi yönündə təlimatlarını verib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail