İlin qalibləri müəyyənləşdi

24.12.2014 | 3546 dəfə oxunub


İdman Araşdırmalar Mərkəzi (İAM) "İlin qalibləri" layihəsinə yekun vurub. Stadium.AZ xəbər verir ki, ardıcıl ikinci dəfə təşkil olunan layihənin bu gün mükafatlandırma mərasimi keçirilib.

Gənclər və İdman Nazirliyi, müxtəlif federasiyalar, veteran futbolçular və idman ictimaiyyətinin digər nümayəndələrinin iştirakı baş tutan tədbir yenilikləri ilə diqqət çəkib. 1 il öncə 34 KİV-in qatıldığı sorğuya daha 7-si əlavə olunub. Həmçinin, 2013-cü illə müqayisədə bu dəfə respondentlərə 7 deyil, 9 nominasiya üzrə qalibləri seçmək imkanı verilib. Qaliblərin adları isə videogörüntü ilə açıqlanıb.

Beləliklə, 3 ildi fəaliyyət göstərən İAM-ın sorğusuna qatılan həmkarlarımız 2014-cü ildə "İlin qalibləri" hesab etdikləri siyahı belədi:  

1. İlin idman xadimi
- Azad Rəhimov (Gənclər və idman naziri, "Bakı-2015" I Avropa Oyunlarının baş icraçı direktoru

2. İlin idmançısı
- Hacı Əliyev (sərbəst güləş üzrə Avropa və dünya çempionu)

3. İlin yerli futbolçusu
- Qara Qarayev ("Qarabağ")

4. İlin əcnəbi idmançısı
- Riçard Almeyda ("Qarabağ")

5. İlin komandası (kollektiv idman növləri üzrə)
- "Qarabağ" futbol komandası

6. İlin baş məşqçisi (bütün idman növləri üzrə)
- Qurban Qurbanov ("Qarabağ")

7. İlin idman jurnalisti

Natiq Muxtarlı (komanda.az)

8. İlin mətbuat katibi

Nurlan İbrahimov (“Qarabağ” futbol klubu)

9. İlin azarkeşi

İlqar Həmzəyev

Qeyd edək ki, mükafatlandırma mərasimində sürpriz olay baş verib. Tədbirdə 41 KİV nümayəndəsinin hamısının səsini qazanan Qurban Qurbanov mütləq qalib elan olunub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail