"3-4 futbolçu "Sumqayıt"dan ayrılacaq"

24.12.2014 | 3358 dəfə oxunub

Topaz Premyer Liqasında mübarizə aparan klublarda olduğu kimi əvəzedici komandalar da istirahətə yollanıb. Stadium.Az xəbər verir ki, "Sumqayıt"ın əvəzezedici komandası 18 turdan sonra 10 xalla 9-cu pillədə qərarlaşıb. Əvəzedicilərin 3-cü dövrə üçün hazırlıq planı barəsində komandanın baş məşqçisi Samir Abasov klubun rəsmi saytına danışıb:

"İlk növbədə arxada qalan iki dövrənin bizim üçün uğursuz keçdiyini söyləməliyəm. Kifayət qədər səhvlərimiz olduğundan istədiyimiz nəticələri qazana bilmədik. Heyətdə yer alan futbolçularımızın əksəriyyəti gənclərdir. Təcrübəsizlik də bizim uğursuz çıxışımıza təsir edən amillərdən idi. İnşallah yanvarın 3-dən etibarən 3-cü dövrənin hazırlığına start verəcəyik. Heyətdə bəzi dəyişikliklər olacaq. 3-4 futbolçu kollektivdən ayrılacaq. Seleksiya xarakterli təlim-məşq toplanışları təşkil edib heyətə yeni simalar cəlb etməyi düşünürük. Bildiyiniz kimi, qış fasiləsi zamanı heyətə yeni futbolçu cəlb etmək məsələsi çətinləşir. Bu səbəbdən seçimdə öz akademiyamızın futbolçularına üstünlük verəcəyik. "Sumqayıt" FK-nun akademiyasında xeyli perspektivli gənc futbolçular var. Məşqçilər heyəti ilə əsas iş prinsipimiz bu yöndə olacaq. Hazırlıq prosesi çərçivəsində 3-4 yoxlama oyunu keçirəcəyik. İnşallah çempionatda 3-cü dövrənin startına qədər komandanı hazır vəziyyətə gətirərik".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail