"Neftçi" və "İnter"in məşqçilərinə 10 oyunluq cəza

24.12.2014 | 3199 dəfə oxunub

U-17 Liqasında qalmaqal qeydə alınıb. Stadium.Az xəbər verir ki, paytaxt təmsilçiləri “Neftçi” və “İnter” arasında qarşılaşmasından sonra stadionda xoşagəlməz hadisələr yaşanıb.

“İnter” futbolçusu Emin Quliyev tribunadan meydançaya daxil olaraq hakimə fiziki təsir göstərib. İki komandanın məşqçiləri arasında da çaxnaşma düşüb. Belə ki, “İnter”in baş məşqçisi Arif Əmirxanovla “Neftçi”nin seleksiya üzrə məşqçisi Səmədağa Şıxlarov dalaşıblar. Bir-birinə fiziki təsir göstərən çalışdırıcılar və futbolçunun hərəkətlərinə AFFA-nın İntizam Komitəsi qiymət verib.

Qurum onların üçünü də 10 oyunluq cəzalandırıb. Quliyevin oynamasına, Əmirxanovla Şıxlarovun texniki zonaya, stadionun dəhlizinə, soyunub-geyinmə otağına girişinə qadağa qoyulub.

Qeyd edək ki, Şıxlarov uzun illər şərəfini qoruduğu “Neftçi”dəki çıxışları ilə tanınır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail