UEFA-dan 4 klubumuza 30790 avro

24.12.2014 | 3360 dəfə oxunub

2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarında iştirak etmiş müəyyən klublar UEFA-nın Maliyyə Fair Play (Financial Fair Play) qaydalarına əməl etmədikləri üçün cərimələniblər. Stadium.Az xəbər verir ki, həmin məbləğ qeyd olunmuş klubların UEFA-nın klub yarışlarında iştirakına görə UEFA-dan alınacaq məbləğdən tutulub və UEFA-nın İcraiyyə Komitəsinin 18 sentyabr 2014-cü il tarixli qərarına əsasən, həmin vəsait qeyd olunmuş mövsümdə UEFA-nın klub yarışlarında çıxış etmiş və qaydaları pozmamış klublar arasında bölünüb.
UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində çıxış etmiş hər klub 261.520 avro, təsnifat mərhələsində çıxış etmiş hər klub 30.790 avro alacaq. Bu məbləğlər UEFA tərəfindən Milli Assosiasiyalar vasitəsilə borcu olmayan müvafiq klublara göndərilir.

Beləliklə, 2013/14-cü il mövsümündə UEFA-nın klub yarışlarının təsnifat mərhələsində Azərbaycanı təmsil etmiş “Qarabağ”, “İnter”, “Neftçi” və “Xəzər Lənkəran” klublarının hesabına 30.790 avro keçirilib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail