Kaxaber Sxadadze: "Bu, hər kəsin arzusudur"

26.12.2014 | 3768 dəfə oxunub

"Mənə etimad göstərdiyi üçün Gürcüstan Futbol Federasiyasına və yığmada işləməyimə imkan yaradan "İnter" klubuna təşəkkür etmək istəyirəm. Hərçənd, Bakı təmsilçisi bundan imtina da edə bilərdi".

Stadium.Az xəbər verir ki, bu sözləri "İnter"in çalışdırıcısı Kaxaber Sxadadze UEFA-nın rəsmi saytına açıqlamasında Gürcüstan millisinin baş məşqçisi vəzifəsinə təyinatından danışarkən deyib.

Gürcüstanlı mütəxəssis ölkəsinin yığmasını çalışdırmağın onun arzusu olduğunu bildirib: "Futbolçulara inanıram. Onlar güclüdürlər, qələbə qazana və böyük turnirlərdə iştirak edə bilərlər. Ölkəsinin millisini çalışdırmaq hər bir məşqi üçün ən yüksək mövqedir. Bu, hər kəsin arzusudur. Gürcüstanda futbolun inkişafına töhvə vermək şansım olduğu üçün çox şadam".

Qeyd edək ki, Sxadadze ötən gün Gürcüstan millisinin yeni baş məşqçisi təyin olunub. Müqaviləyə əsasən, Sxadadze 2015-ci il yanvarın 1-dən, iyunun 1-ə kimi həm Bakı" "İnter"i, həm də Gürcüstan millisində baş məşqçi vəzifəsini icra edəcək. İyunun 1-də isə K.Sxadadze Gürcüstan millisi ilə iki illik yeni müqavilə imzalayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail