Nail Əliyev: "Tsxadadze ilə Lomaya Azərbaycan xalqından üzr istəməlidir"

21.08.2011 | 5852 dəfə oxunub

"Bakı"nın vitse-prezidenti Nail Əliyevin müsahibəsi:  

- Həmin oyun televiziya vasitəsi ilə canlı yayımlanırdı. Başqa klublar oyunlarını yayımlamasa da, biz hər oyunumuzu canlı yayımlayırıq. Tamaşaçılar bunun sahidi oldular. Həmin epizodda yüz faiz penalti vardı. Sevindirici haldır ki, Azərbaycanda yeni Tofiq Bəhrəmovlar yetişir. Mən o yan hakimi heç tanımıram da. Mərkəz hakim tərəddüt etsə də, laysman qətiyyətlə penalti nöqtəsini göstərdi. Köməkçi baş hakimə yaxınlaşıb qapıçı meydançasında kobudluq olduğunu dedi. Həqiqətən də, Lomaya Nurlana qarşı açıq şəkildə ayaqla zərbə vurdu. Lomaya  peşəkarlıq göstərib üzr istəmək əvəzinə. onun üstünə hücum çəkib vurmaq istədi. Lomaya elə bil karate oynayır. Başa düşə bilmirəm, bura futbol oynamağa gəlib, yoxsa karate göstərməyə. Georgi Nikolovun hərəkətini dəstəkləmirəm. Tsxadadze 90 dəqiqə ayaqüstə söyüş söyməklə məşğul idi. Onun qaşısını heç kim ala bilmirdi. Mənə elə gəlir ki, bu qurulmuş ssenari idi. "İnter" futbol oynamırdı. Fiziki hazırlıqları aşağı səviyyədə idi. Onlar da balaca qardaşları "Simurq" kimi vaxt aparirdilar. 

- Lomaya qırmızı vərəqə alandan sonra qeyri-etik hərəkətə yol verməsinə münasibətiniz necədi?

- Oyun televiziya ilə canlı tamaşaçılar da baxırdı. Hətta onların yaxınları da stadionda idi. Onların arasında qadınlar da vardı. Qapıçının bu hərəkətinə klub rəhbərliyi cavabdehdi. "İnter"in prezidenti Cahangir müəllimə böyük hörmətim var, o ziyalı insandı, yaxın dostumuzdu. Mənə elə gəlir ki, o bu məsələləri yoluna qoyacaq. Aranı qızışdıran Tsxadadze ilə Lomaya oldu.

- Nikolov deyib ki, futbolçular arasında münaqişənin böyüməməsi üçün komandanın meydandan çıxarılması əmrini o verib. Sizcə, bu doğrudur?

- O, məsuliyyəti üzərindən atmaq üçün başqa yollar axtarır. Bəli, Lomaya Nurlanın üstünə gedib, onu döymək istəyirdi. Hətta bu azmış kimi hakimə də yumruq atmağa cəhd etdi. Nikolov Lomayanı sakitləşdirsəydi, belə qalmaqal olmayacaqdı. O da bilir ki, komandanı çıxarmaqla böyük səhvə yol verdi. Nikolov futbolçuları sakitləşdirmək əvəzinə daha da qızışdırırdı. İndi də məsuliyyəti üzərindən atmağa çalışır. Oyunu müxtəlif rakuslardan kameralar çəkirdilər. Hər şey videolentlərdə təsdiqini tapıb. Mənə elə gəlir ki, Lomaya qeyri-etik hərəkət etdiyinə görə cəzalanmalıdı. Ümumiyyətlə, Tsxadadzeyə Lomaya etdikləri hərkətlərə görə Azərbaycan xalqından üzr istəməlidirlər. O cümlədən, Georgi Nikolov da. 

- Sizcə, oyun başa çatmamış "İnter"in meydanı tərk etməsi peşəkarlığa yaraşan hərəkətdi?

Əslində, onlar oyunu başa vurmalı idilər. Ən azından bu peşəkarlıq nümunəsi olardı. Bəlkə, bizim futbolçu yenə də penaltini vura bilməyəcəkdi. Belə oyunla "İnter" bu mövsüm ilk altılığa düşə bilməyəcək. İkincisi də, belə meydançada futbol oynamaq olmaz. Süni örtüklü meydança futbolçuların düşmənidir. Nikolov yaxşı olardı ki, əvvəlcə meydanın örtüyünü dəyişdirsin. Bu meydanda 15-20 dəqiqə oynamaq mümkün deyil. Çünki futbolçuların hər anz ədə almaq təhlükəsi artır. Futbolçular oyundan sonra əzələlərinin ağrıdığını deyir. Bura stadion deyil "lyunonim"di. Örtüyü dəyişə bilmirlərsə, getsinlər Tofiq Bəhrəmovda, Dalğa Arenada oynasınlar. Yaxşı ki, bu oyunda zədə alan futbolçumuz olmadı.

- Penalti qərarından sonra ehtiyat oyunçular skamyasında qalmaqal yaşandı. Qalmaqala səbəb nə idi?

- Birinci hissədən sonra rəqib komandanın təxribata əl atacağını hiss edirdik. Ona görə də, fasilədə komanda üzvlərinə özlərini sakit aparmağı və təxribata getməmələrini tapşırdıq. Təxribata da əl atanlardan biri elə Tsxadadze idi. O, bütün oyunboyu ayaqüstə dayanıb, bizim ehtiyat oyunçular skamyasına baxıb, xoşagəlməz sözlər işlədirdi. Tsxadadze yaddan çıxarmasın ki, onu "Bakı" çempion edib. O yatsaydı, yuxusunda çempionluğu görməzdi. "Bakı" heç bir danışığa getməyib, təmiz oyun oynadı, sonda da "İnter" çempion oldu. Tsxadadzenin bir qızıl medalı var, ona görə də "Bakı"ya borcludu. Hətta bildiyimə görə Cahangir müəllimə demişdi ki, "Bakı" oyunu verəcək. Bunun müqavilində cavabımız belə olmuşdu ki, "Bakı" təmiz oyun oynayacaq və kimin çempion olmasının bizim üçün fərqi yoxdu. Səfərdə "Xəzər Lənkəran"ı məğlub etdik, nəticədə, "İnter" çempion oldu. Onlar da şampanski içdilər. İndi başda Nikolov olmaqla Tsxadadze sponsoru aldatmaq istəyir. 

- Sizcə, Tsxadadzenin bir məşqçi kimi nəyə qadirdi?

- Əvvəl yerlilərinə üstünlük verirdi. Bu ildən strategiya dəyişib. Belə baxanda o məşqçilikdən daha yaxşı şoumenliyi bacarır. 2007-ci ildə Gürcüstan Futbol Federasiyası belə şeylər üstündə onu məşqçilikdən uzaqlaşdırmışdı. Oyun başlayandan Tsxadadze publikanı qızışdırmaqla məşğul idi. 

- Azarkeşləri də qızışdıran belə hallar oldu?

- Bəli, Nikolov bir rəhbər kimi olayların böyüməməsi üçün ilk növbədə azarkeşləri sakitləşdirməli idi. "İnter" fanklubunun bir ağızdan təhqirlə qışqırması düzgün hərəkət deyildi. Həmin məqamda ixtişaş da baş verə bilərdi. Bizim uşaqlar o zaman təmkinli tərpəndilər. Çünki biz əvvəlcədən onları xəbərdar etmiçdik. Məsələ ilə bağlı son sözü AFFA-nın İntizam Komitəsi qanuni qaydada deyəcək. Orada qanuni şəkildə qiymət veriləcək.

premyerliqa.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail