Hüseyn Cəbrayıloğlu: "Hamımız günahkarıq"

29.12.2014 | 5815 dəfə oxunub

"Xəzər Lənkəran" üçün 2014-cü il heç də yaxşı sonlanmadı. İddiası böyük komanda bu ili 5-ci pillədə tamamlamaq məcburiyyətində qaldı. Ancaq Lənkəran klubunda hər şey sıfırdan başlayacaq. Məsələ iddianın daha da böyüdülməsindən, bahalı-bahalı transferlərdən getmir. Cənub komandasının rəhbərliyi gəncləşdirmə siyasətini aparmaqla illərin komandasını yaratmaq qərarına gəldi. 

Klubun mətbuat xidmətinin rəhbəri Hüseyn Cəbrayıloğlu da komandanın strategiyasından, qarşıya qoyduğu əsas vəzifələrindən danışdı. "İlin Yekunu"unda qonaq olan Cəbrayıloğlu başa çatmaqda olan ildə klubun mətbuat xidmətinin gördüyü işlərdən, 2015-ci ildəki hədəflərindən, gözləntilərindən danışdı.

- Hüseyn, ilk olaraq bitməkdə olan ili Xəzər Lənkəran adına necə dəyərləndirərdin?

"Xəzər Lənkəran" son illərin uğursuz mövsümlərindən sonra yenidən premyer liqada özündən söz etdirməyi bacardı. Oynadığımız əksər oyunlarda az qala İngiltərə premyer liqası matçlarının dramatizmi yaşandı. "Xəzər Lənkəran" Azərbaycan futbolunun yaraşığıdır" deyimi kimi  ifadə yenidən özünü sübut etdi. Aşağı yaş qruplarından Azərbaycan millisinə çağrılan futbolçuların sayı ikiqat artdı. Əvəzedici komandamız "Qış çempionu" oldu. Elə yetirməmiz olan gənc futbolçuların əsas komandada debütləri də diqqət çəkən məqam sayıla bilər.

- Uğursuzluqlardan danışmadın amma...?

Uğursuzluq deyərkən əsas komandanı nəzərdə tutursuz yəqin. Məncə əsas komandanın çıxışı bəlkə də qənaətbəxş sayıla bilər. Məğlub olduğumuz heç bir matçda azarkeşlərimizin " İstefa"şüarını eşitmədik. İdman mətbuatı turnir cədvəlində ikinci yeri zəbt etmiş komandanın baş məşqçisini "divara dirədiyi" halda "Xəzər Lənkəran" haqqında həmişə nikbin danışdı. Çünki, ortada gözəl futbol vardı.

- Oğuz Çətin burda olarkən də gözəl futboldan danışırdı. Razıyam, gözəl oyun hər zaman azarkeş diqqətini çəkir, ancaq nəticə ondan da önəmlidi. Azarkeşi stadiona gətirən nəticədi, gözəl oyun yox. XL azarkeşləri uğura acdılar...

Düzdür,qarşıya qoyulan məqsəd çempionluq idi və biz bu məqsəddən uzaq duruma gəlmişdik. Di gəl ki, tamamən uğursuz damğası vurulması ilə razılaşmıram. 

- Kimin adına yazaq bu uğursuzluğu? Harda səhv edildi ki sonuc belə oldu?

"Xəzər Lənkəran" azarkeşi öncə gözəl futbol tələb edir, sonra isə nəticə. Komandamız birincini bacardı. İki şeydən biri varsa demək tam olaraq uğursuz demək olmaz. Qoyulan məqsəddən uzaq düşmüşüksə hamımız günahkarıq. Heç kəsdə bu məsuliyyətdən yaxasını kənara çəkmir və hamımız daşıdığımız vəzifəyə uyğun klub prezidenti qarşısında hesabat veririk.

- Hüseyn, Oğuz Çətinin istefası niyə sizi təəccübləndirdi? Bir halda ki, gəncləşdirmə siyəsəti yürüdəcəkdinizsə...

Saatlarla istənilən sual qarşısında cavab verməyə hazıram. Amma ilin yekunu olaraq daşıdığım vəzifəyəyə uyğun sualların daha çox olacağını gözləyirdim

Oğuz Çətinin niyə istefa verdiyi haqqında bir dəfə fikrimi demişəm. Sadəcə mən düşünürəm ki, doğru qərar verdi və heyətdə əvəzedici futbolçuların çoxluq təşkil edəcəyini görüb Elbrus Məmmədovun önünü açdı.

- Elburus Məmmədovun qarşısına nə kimi şərtlər qoyulub?

Komandamızda bir neçə təcrübəli, aparıcı futbolçular bizimlə yola davam edəcək. Onlarla gənclərin vəhdətini təşkil edəcək əzmkar, iddialı bir komanda qurmaq. Ona bu mənada nə kömək lazım olacaqsa rəhbərlik şərait yaradacaq. Elbrus müəllim  təyinatından sonra qısa müddətdə 6 dəfə klub prezidenti ilə bir araya gəlib müxtəlif məsələləri müzakirə edib. Bu özü də ona olan dəstəyin göstəricisidir.

- Əslində XL-in bu addımı ictimaiyyət tərəfindən müsbət qiymətləndirildi. Bu addımı daha tez atmaq olmazdımı?

Vaxtında verilən qərardır. Bu gün Lənkəranda alınan  qərar, demək olar hamılıqla müsbət qarşılanır.

- Əfran İsmayılov dünən açıqlamasında Tieqo Xesus haqda sərt danışdı. Saytımızda yayımlanacaq "Səmimi Söhbət" verlişində məhz braziliyalının səhvi ucbatından komandanın qələbələri əldən verdiyini bildirdi. Bir klub rəsmisi kimi və ya XL azarkeşi kimi buna münasibətini bilmək istəyərdim. Həqiqətənmi problemin kökündə müdafiə xətti dururdu, yoxsa bu nəticə verə bilməyən futbolçuların ucuz bəhanələridi?

Nəticəyə bütün komanda cavabdehdir. Oğuz Çətin heç bir zaman uğursuzluğu bir oyunçunun üzərinə yıxmadı. Sadəcə ortada bir məsuliyyətsizlik vardı. Əgər "Neftçi" ilə oyun öncəsi üç gün qabaqdan futbolçulara hər gün keçirilən toplantıda matçı mütləq, nə olursa olsun 11 nəfər bitirmək şərt kimi qoyulursa, bunun ardından iki futbolçumuz çox bəsit qırmızı vərəqə alırsa bu məsuliyyətsizlikdir. Tieqo Xesusun birbaşa fərdi, məsuliyyətsiz  səhvlərindən komandamız 11qol buraxmışdı. Amma bu gün bütün günahı onun üzərinə yıxmaq düzgün olmazdı.

- Huseyn Cəbrayıloğlu XL 2015-ci ildə necə görür?

Məncə "Xəzər Lənkəran" çoxlarını təəccübləndirəcək komanda olacaq. Bir şeyi də vurğulayım ki, mənim fikrimə hörmətlə yanaşan hər bir azarkeşimizə bir fikir söyləyirəm- Bundan sonra, fərq etməz, 1 il yaxud bir mövsüm  sonra hansı məşqçi "Xəzər Lənkəran"ı çalışdıracaqsa onun üçün çempionluğa oynaya biləcək komanda qurmaq çox asan olacaq.

- Biraz da öz işinizdən danışaq. Geridə qoymaqda olduğumuz 2014-cü ildə XLin mətbuat xidməti nə kimi yeniliklərlə yadda qaldı. Nə kimi planlarınız oldu ki, onu bu il həyata keçirə bilmədiniz və qarşıdakı ildə hədəfləriniz içərisindədi?

XL mətbuat xidməti ölkə klubları arasında əməkdaş sayına görə ən böyük mətbuat xidmətidir. İlin əvvəlində klub prezidenti Mais Mənsimov  mətbuat xidməti üçün xüsusi büdcə ayırdı. Avavdanlıqlar yeniləndi və rahat işləmək üçün geniş imkanlar yarandı. XL TV məhsuldar mövsüm keçirdiyini söyləyə bilərəm. Ötən il olduğu kimi bu mövsümdə Antalya və Ərzurum-Sloveniya toplanışlarından HD formatında xüsusi buraxılışlar hazırladıq və yoxlama matçlarını canlı yayımladıq. Naxçıvandan verilən canlı yayım ümumiyyətlə bir dərslik idi. Çəkilişi apardığımız VİP tribunada elektrik olmadığı üçün əlavə,uzun bir  elektik naqilinə ehtiyac yarandı və cərəyanı az qala yolun o üzündən çəkib gətirdik. İnternet problemi yarandığı üçün alternativ varianta əl atdıq. Məhz buna görədir ki, bəzi həmkarlarım oraya gedəndə yayımla bağlı məsləhətlərini məndən alırdı ki, problem yaşamasın. Amma xüsusi vurğulayım ki, Naxçıvanda stadion rəhbərliyindən tutmuş hər bir əməkdaşa qədər adamın qulluğunda elə dururdular ki, hər bir çətinlik unudulurdu. Bir daha ordakılara "çox sağ olun" demək istərdim. Çətinlik demişkən, Avropadan yayım vermək heç də asan görünməsin. Avropalılarda xüsusi bir soyuqqanlıq, bizlərə etinasızlıq var. Adi bir yardım üçün, yaxud, deyək ki, elektriki hardan götürə bilərik sualı qarşısında matçın keçirildiyi stadion əməkdaşının azı yarım saat üzünə baxıb cavab gözləyirsən, onun xoş damarına düşən anı gözləyirsən. Bütün bunlarla birgə bu gün XL azarkeşi XL TV nin gördüyü işlər sayəsində toplanışlar zamanı özünü komandanın yanında hiss edir. XL Sosial şəbəkələrdə olan səhifələri daim aktivlik göstərir, yeniliklərlə azarkeşlərimizlə, ictimaiyyətlə birgə olurdu. Mən hər dəfə gördüyümüz işləri dilə gətirəndə əməkdaşlarımızın zəhmətini xüsusi vurğulayıram. Ramil Cahangirov, Rəşad Əzizov əslində başqa sahəyə cavabdeh olsalarda daim yanımdadırlar və köməkliklərini əsirgəmirlər.

- XL TV bu il üçün neçə matç yayımladı və yayımla bağlı klublardan problemlər olmadı ki?

Bütün ev matçlarını canlı yayımladıq. Səfər oyunları isə televiziya proqarmında olmadığı zaman XL Tv ilə canlı təqdim edirdik. Cəmi iki matç bizdən asılı olmayan səbəbdən göstərilmədi. Ad çəkmək istəmirəm, amma bir stadionda operatorlarımız matçdan əvvəl qurğuları yerləşdirərkən nərdivandan istifadə edib tribunanın üst hissəsinə çıxmışdıar. Başqa avadanlıqları da gətirmək istəyərkən baxıb gördük ki, nərdivan yoxdur. İndi uşaqlar nə enə bilir, nə də biz onlara kömək edə bilirik. Yaxud çəkiliş etdiyimiz yerdə naqillərin kəsildiyi vaxt olub. "Neftçi" ilə oyunda İ.Qayıbov adına stadiondan verilən yayım isə şəkillərlə ölkə mətbuatını bəzədi. Qum təpəsi üzərində kamera quraşdırdıq, tribunada, ev sahibi komandanın azarkeşləri arasında maili durumda qalan masa qurub çəkiliş apardıq.

Bəzən azarkeşlərimiz yayıma görə narazılıq edir ki, bu da sırf internetin gücü ilə bağlıdır. Yəni provayderlərin abunəçiyə verdiyi internetin gücü normaldırsa həmin tamaşaçı normal qaydada yayımı izləyə bilir. Demək istəyirəm ki. bu da bizdən asılı səbəb deyil.

- 2015-ci ildə "Xəzər Lənkəran"ın mətbuat xidmətindən nə kimi yeniliklər gözləmək olar?

Bizim hazırldağımız xüsusi buraxılışlar mənim çox izlədiyim və bəyəndiyim NTV spor kanalının tərtibatına uyğundur. Hətta bir dəfə qardaş Türkiyədə çəkiliş bitdikdən sonra hazır buraxılışı izləyən TFF nin bizim oteldə seminarda olan nümayəndələri heyranlıqlarını gizlədə bilmirdilər. Çünki, kobud dillə desək dəm-dəstgahsız belə çəkilişin səviyyəsini yüksək tuta bilirik. Bu ildə yeniliklərimiz olacaq və bu sürpriz qalsin.

- Və son olaraq, "Şaxta baba"dan "Xəzər Lənkəran" üçün nə istəyirsən?

"Şaxta baba"dan qoy balaca azarkeşlərimiz nə isə istəsin. O cümlədən balaca azarkeşlərimizin duasini çox istəyirəm, arzulayıram. Çünki, Tanrı onların duasını daha tez eşidir. (İdmanxeber.com)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail