Prosineçki: "Onların super potensialı var və yığmaya çağırılacaqlar" - MÜSAHİBƏ

01.01.2015 | 3431 dəfə oxunub

Azərbaycan milli komandasının baş məşqçisi Robert Prosineçki  Xorvatyiyanın"Jutarnji List" nəşrinə müsahibə verib. Stadium.Az  sportnet.az-a istinadla müsahibəni təqdim edir.

 
- Azərbaycandan hansı təəssüratlarla qayıtmısınız?

- Parlaq... Bakı və ölkənin digər bölgələri həqiqətən gözəldir. Bakı fenomenal şəhərdir. Mənim üçün xüsusi maraq oyadan futbol infrastrukturu, stadionlar və məşq meydanları həqiqətən də böyükdürlər. Bu sahəyə böyük investisiyalar qoyulub. Hazırda tikilən böyük stadionun tezliklə başa çatdırılması nəzərdə tutulub. Azərbaycan yüksək templə inkişaf edir. Mən demək olar ki, bütün dünyanı gəzmişəm. Bakı baş çəkdiyim şəhərlər arasında ən gözəllərindəndir. Orada hər şey əla görkəmdədir, insanlar mehribandırlar.

- Bəs çempionat?

- Yaxşı. Kifayət qədər yaxşı. Hardasa Xorvatiya liqası səviyyəsindədir. Çoxlu sərmayə qoyulur. Yüksək liqada 10 komanda mübarizə aparır. "Qarabağ" az qala Avropa Liqasında "Dnepr", "Sent-Etyen" və "İnter"lə mübarizədə növbəti mərhələyə çıxacaqdı. Əslində "İnter"in qapısına vurduğu təmiz qol qeydə alınsaydı, çıxacaqdı da. Azərbaycanda futbol yüksək sürətlə inkişaf edir. Xorvatiyaya 0:6 hesablı məğlubiyyət onlar üçün ağrılıdır, amma bu, yerli futbolun və milli komandanın əsl görkəmi deyil. Hər halda, indiyədək gördüklərim bunu göstərir. Xüsusən, aşağı yaş qruplarında keyfiyyət və potensial var. Onlar Avropanın elit-raunduna vəsiqə qazanıblar. Azərbaycanda idman fərdi növlərdə - güləş, boks və cüdoda daha güclüdür. Onlar son olimpiadada 10 medal qazanıblar. Bununla yanaşı, futbolun da güclü olmasını istəyirlər. Mən də öz məşqçilər heyətimlə bunun öhdəsindən gələcəyimizi düşünürəm.

- Azərbaycan yığmasının yerini və diapazonunu harada görürsünüz?

- Azərbaycan millisi əvvəlki seçmə mərhələlərdə yaxşı oynayaraq, çoxlu xal qazanıb. Məsələn, Rusiya millisi ilə görüşdə çox yaxşı çıxış ediblər. Bu komandaya heç vaxt yuxarıdan aşağı baxmaq olmaz. Təkrar edirəm: kifayət qədər sərmayə qoyulur, yaxşı çempionatları var. Onların problemləri Avropada oynayan çoxlu futbolçularının olmamasıdır. Lakin gördüklərimə əsaslanaraq, yaxşı potensiala malik güclü çempionatlarının olduğunu deyə bilərəm. Onları hansısa ölkə yığması ilə müqayisə etmək istəməzdim. Amma seçmə mərhələdəki 0 xal Azərbaycan futbolunun əsl görkəmi deyil.

- Yığmanın oyun üslubunu müəyyənləşdirmisiniz?

- Ümidvaram ki, biz əvvəlkindən daha yaxşı oynaya bilərik. Fikrimcə, qrupdakı hansısa komandanın işini çətinləşdirməyi bacararıq. Əlbəttə, biz İtaliya, Xorvatiya və digər aparıcı yığmalarla müqayisə oluna bilmərik. Lakin biz yaxşı mənada davamlılığı təmin etməyə qadirik. Bunu İtaliya ilə görüşdə hardasa gördük. Mənim baxışım sadədir. Bir neçə gənc futbolçunu gördüm. Onların super potensialı var və yığmaya çağırılacaqlar. Digər tərəfdən, komanda yaxşı vəziyyətdə deyil, çünki qrupdakı 4 oyunun hamısını uduzub. Özümə əminlik var ki, hər bir komandaya qarşı oynaya bilərik. Daha çətin mərhələyə qədəm qoyuruq. Əvvəlki 4 oyunla müqayisədə, daha aqressiv oynamağa çalışacağıq. Hədəfimiz daha yaxşı və keyfiyyətli oyun sərgiləməkdir. Əlbəttə, burada oturub danışmaq asandır. Dediklərimizi həyata keçirmək lazımdır. Bununla belə, klublarda hədəflərə nail olmağa qadir kifayət qədər oyunçu yoxdur. Amma üstünlükləri hələ də daha yaxşısına can atmalarıdır. Mənə bu keyfiyyətlər bacarığımızdan da artığına nail olmaq və 2018-ci il dünya çempionatının seçmə mərhələsində rəqabətədavamlı komandaya çevrilmək üçün lazımdır.

- Hazırlıq planınız necədir?

- Fevralda 6 günlük təlim-məşq toplanışımız olacaq. Bu, Malta ilə seçmə oyuna hazırlıq xarakteri daşıyacaq. Yanvarda isə Azərbaycanın 8 komandası Türkiyədə təlim-məşq toplantısına yollanacaq. Həmin müddətdə mən orada olaraq, xeyli məşqə və oyuna baxacağam. Bakıya isə yanvarın 3-də gedəcəyəm.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail