Toşakın debütündə "Neftçi" və AZAL-ın futbolçuları da iştirak edəcək

22.08.2011 | 5139 dəfə oxunub

Makedoniya milli komandasının baş məşqçisi Con Benjamin Toşak Avro-2012-nin seçmə mərhələsində keçirəcəkləri növbəti oyunlar üçün heyəti açıqlayıb.

Stadium.az xəbər verir ki, Uelsli mütəxəssis Rusiya və Andorra ilə görüşə Azərbaycan Premyer Liqasından 2 futbolçu çağırıb.

Bunlar müdafiəçilər - İqor Mitreski ("Neftçi") və Robert Petrovdur (AZAL). Sonuncu dəfə Çempionlar Liqasının II təsnifat mərhələsində Zaqreb "Dinamo"su ilə səfər oyununda meydana çıxan Mitreski həmin vaxt aldığı zədə nəticəsində 1 aydır oynamır. O bu səbəbdən yığmasının avqustun 10-da Azərbaycan millisi ilə yoldaşlıq matçında da komandasından kənarda qalmışdı. Hətta İqorun "Neftçi"dəki həmyerlisi Slavço Georgiyevski kimi milli karyerasını bitirdiyi deyilsə də, Toşak təcrübəli müdafiəçiyə ehtiyac görüb. Ancaq təcrübəli çalışdırıcı yığmasının heyətində "Dalğa Arena"dakı görüşdə meydana çıxan Slavçoya etimad göstərməyib.

Toşakın makedonların baş məşqçisi postunda debütü sentyabrın 2-də Moskvada olacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail