Şotlandiyalı qapıçı "Qəbələ"də

22.08.2011 | 4723 dəfə oxunub

"Qəbələ" şotlandiyalı qapıçı Qrem Smitin keçidini rəsmiləşdirib. Stadium.az xəbər verir ki, legionerlə 1 illik müqavilə bağlanılıb. 

Ötən şənbə ölkəmizə gələn Smitlə danışıqlarda müqavilə şərtləri razılaşdırıb və rəsmi anlaşma bu gün imzalanıb. 

Nəcəfovun sözlərinə görə, "Qəbələ" bununla transfer işlərini yekunlaşdırıb: "Hazırda gündəmimizdə olan, danışıq apardığımız belə bir futbolçu yoxdur. "Partizan"ın seneqallı hücumçusu Lamine Diarraya təklifimizi etdik, klubu ilə də razılaşmışdıq. Futbolçu gözlədi, sonra da gəlmək fikrindən daşındı".

"Qəbələ" mövsümlərarası fasilədə transferlərindən sonra heyətini xeyli genişləndirib və bir çox futbolçular az oyun praktikası qazanacaq. Nəticədə ehtiyat oyunçuları çox olan komanda Smitin keçidindən sonra gənc qapıçısı Anar Nəzirovu "Turan"a icarəyə verdi. Maraqlıdır, "transfer pəncərəsi"nin bağlanmağına hələ 9 gün qaldığını nəzərə alsaq, bunun davamı gələcəkmi? 

Vitse-prezident bunun baş məşqçidən asılı olduğunu söyləyib: "Bu məsələlərə Toni Adams nəzarət edir. Adams bizə hansısa başqa futbolçunu icarəyə verməklə bağlı bizə bir şey deməyib. Başqa klubumuzun bu haqda bizə müraciəti olmayıb. Hansısa futbolçumuzu icarəyə vermək lazım olsa, buna baş məşqçimiz qərar verəcək". 

apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail