Premyer Liqada klubların qış hazırlıq planı - TAM SİYAHI

06.01.2015 | 3224 dəfə oxunub

2014-cü il tarixə qovuşdu. Olanları unudub yeni hədəflər uğrunda mübarizəyə hazırlaşmaq lazımdır. Azərbaycan Premyer Liqasında yaranan fasilə klublara rahat hazırlaşmaq imkanı verir. Baxaq görək, onlar bu fasilədən necə yararlanacaqlar?

 Qarabağ

At ilinin “Qarabağ” üçün uğurlu keçdiyini demək olar. Komandamız Avropa Liqasında üzümüzü güldürməyə yaxın oldu. Ağdam təmsilçisi 2014-cü ildə də Premyer Liqada liderliyini qorudu. Qış fasiləsinə turnir cədvəlinin ilk pilləsində yollanan “Qarabağ” 3-cü dövrənin hazırlıqlarını Antalyada keçəcək. Təlim-məşq toplanışı çərçivəsində Qurban Qurbanovun yetirmələri 6 yoxlama oyununda qüvvəsini sınayacaq.

Qəbələ

“Qəbələ” 2014-cü ili “ilk 6-lıq”da başa vurub. Geridə qalan ili bölgə komandası üçün heç də uğursuz saymaq olmaz. Ölkə çempionatında 3-cü yeri tutan komanda tarixində ilk dəfə Avroliqada iştirak etmək hüququ qazandı.

 Şimallılar 2014/15 mövsümünün ikinci yarısının hazırlıqlarına bu gün - yanvarın 5-də start verəcək. Həmin gün komanda üzvləri Türkiyənin Antalya şəhərində bir araya gələrək məşqlərə başlayacaq. “Qəbələ”nin legionerləri birbaşa qonşu ölkəyə gələcəksə, yerli futbolçular Bakıda toplaşaraq səfərə yollanacaq.

İnter

“İnter” geridə qalan 16 turda yalnız bir dəfə məğlub olmaqla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. Lider "Qarabağ"dan 5 xal geri qalan "bankirlər"in bu uğuru diqqətdən yayına bilməz. Ancaq indidən danışmaq da düz deyil. "İnter"i qarşıda uzun marafon gözləyir. Komanda 2014-cü ildə mükafatçılar sırasına düşə bildi. Önəmlisi Avroliqada mərhələ adladı. Turnir cədvəlinin hələlik ikincisi olan “İnter” də təlim-məşq toplanışı üçün Türkiyəni seçib. Yanvarın2-də qonşu ölkəyə yola düşən “İnter” bir gün sonra hazırlığa start verib.

 “Neftçi”, “Xəzər Lənkəran” və “Simurq”

 İkinci dövrəni 3-cü pillədə tamamlayan “Neftçi” də qış fasiləsində boş oturmayacaq. “Ağ-qaralar” iki plan üzrə hazırlaşacaq. Sabah Bakıda bir araya gələcək komanda yanvarın 10-da Türkiyəyə yola düşəcək. “Neftçi”nin artıq sınaqçı-rəqibləri də məlumdur.

 “Xəzər Lənkəran”la “Simurq”un da təlim-məşq toplanışlarını Türkiyənin Antalya bölgəsində keçirəcəyini qeyd edək.

 Evdə qalanlar

 “Bakı”, AZAL və “Sumqayıt” isə Biləcəridən uzağa getmək niyyətində deyil.

“Bakı” klubunun qış fasiləsi zamanı keçirəcəyi təlim-məşq proqramı hazır deyil. Klubun mətbuat xidmətinin rəhbəri İsgəndər İsgəndərovun Publika.az-a verdiyi məlumata görə, plan tərtib olunmasa da, məşqlərə bu gündən başlayacaqlar: “Hələ plan tərtib olunmayıb. Çünki getməyimiz dəqiq deyil. Ancaq bu gündən etibarən məşqlər başlayır”.

 AZAL Türkiyədə planlanlaşdırılan təlim-məşq toplanışını ləğv edib. Bakı klubu qış fasiləsində ölkəni tərk etməyəcək. AZAL çempionata Şüvəlandakı bazasında hazırlaşacaq. Tərlan Əhmədov toplanış müddətində yetirmələrini 5 oyunda sınayacaq. Rəqiblərin siyahısı dəqiqləşməsə də, AZAL-ın digər Premyer Liqa klubları - "Bakı" və "Sumqayıt"la qarşılaşacağı gözlənilir.

AZAL qış təlim-məşq toplanışının ikinci hissəsini yanvarın 12-dən 24-dək Türkiyənin Antalya şəhərində keçirməyi planlaşdırmışdı.

Premyer Liqa klublarının qış fasiləsində təlim-məşq toplanışlarının proqramını təqdim edirik.

 “Qarabağ” - Antalya, Türkiyə

 Müddət: 10 yanvar - 1 fevral

Hazırlıq matçları: 6 görüş

Rəqiblər

17 yanvar. Split (Xorvatiya)

21 yanvar. Sürix (İsveçrə)

29 yanvar. Mordoviya (Rusiya)

Digər üç rəqibin adına yaxın günlərdə aydınlıq gələcək.

 “Qəbələ” - Antalya, Türkiyə

 Müddət: Türkiyə hazırlıqları iki mərhələdən ibarət olacaq. Yanvarın 5-dən 17-dək məşq edəcək komandaya iki günlük istirahət veriləcək. Toplanışın ikinci mərhələsi ayın 20-dən 29-dək davam edəcək

Hazırlıq matçları: 7 görüş

Rəqiblər

10 yanvar. PSV II (Hollandiya)

14 yanvar. Əskişəhərspor (Türkiyə)

17 yanvar. 2 matça çıxacaq komanda əvvəl Qazaxıstan klublarından biri ilə görüşəcək ki, bu rəqibin adı dəqiqləşməyib. Həmin gün təmsilçimizin digər rəqibi "Vorskla" (Poltava, Ukrayna) olacaq.

“Qəbələ” yanvarın 22-si, 25-i və 29-da da sınaq matçlarına çıxacaq. Rəqiblərin adına yaxın günlərdə aydınlıq gələcək.

 "İnter" - Antalya, Türkiyə

 Müddət: 3-24 yanvar

Hazırlıq matçları: 6 görüş

Rəqiblər

8 yanvar. İnegölspor (Türkiyə)

13 yanvar. Enerji (Almaniya)

14 yanvar. Kayrat (Qazaxıstan)

17 yanvar. Kasımpaşa (Türkiyə)

20 yanvar. Metallist (Ukrayna)

Toplanışda son yoxlama matçının yanvarın 23-də keçirilməsi planlaşdırılır. Rəqib hələlik məlum deyil.

 “Neftçi” - Bakı; Antalya, Türkiyə

 Müddət: 6-10 yanvar - Bakı; 11-24 yanvar - Antalya

Hazırlıq matçları: 6 görüş

Rəqiblər

14 yanvar. Hajer (Səudiyyə Ərəbistanı)

17 yanvar. Fulad (İran)

20 yanvar. Quyçjou Rehne (Çin)

21 yanvar. Volın (Ukrayna)

23 yanvar. Dinamo Moskva (U-23), (Rusiya)

23 yanvar. Petrolul (Rumıniya)

 "Simurq" - Antalya, Türkiyə

 Müddət: 6-24 yanvar

Hazırlıq matçları: 4 görüş

Rəqiblər

15 yanvar. Partizani (Albaniya)

Digər üç rəqibin adı bəlli deyil.

 “Xəzər Lənkəran” - Antalya, Türkiyə

 Müddət: 6-26 yanvar

Hazırlıq matçları: 5 görüş

Rəqiblər: bəlli deyil

 “Sumqayıt” - ölkə daxilində

 Müddət: 11-23 yanvar

Hazırlıq matçları: 4 görüş

Rəqiblər: Bəlli deyil

17 yanvar. AZAL

Növbəti görüşlər yanvarın 14-ü, 20-si və 23-də keçiriləcək. Rəqiblər hələ ki, bəlli deyil.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail