Arif Əsədov: "İstəyirik ki, onlar da əsas komandaya uyğunlaşsınlar" - MÜSAHİBƏ

06.01.2015 | 3139 dəfə oxunub

 "Neftçi" PFK-nın baş məşqçisi Arif Əsədov klubun rəsmi saytına müsahibə verib:

İlk olaraq komandanın hazırlıq planı barədə məlumat verərdiniz
- Plana uyğun olaraq bu gündən hazırlıq mərhələsinə başladıq. Artıq ilk məşqimizi keçmişik. Sabahdan etibarən gündə iki məşqimiz olacaq. Səhər hazırlığı əsasən fiziki tapşırıqlar üzərində qurulacaq. Axşam isə toplu çalışmalara üstünlük verəcəyik. Yanvar ayının 10-da Bakıdakı hazırlığımız yekunlaşacaq. Ertəsi gün Antalyaya yollanacağıq. Məşqlərimiz orada davam edəcək. Yanvarın 24-ə kimi 6 yoxlama oyunu keçirməyi də nəzərdə tutmuşuq.

Türkiyəyə yollanacaq heyətə gənc futbolçular cəlb olunacaqmı?
-Biz Türkiyəyə iki heyətlə yollanacağıq. Orada keçirəcəyimiz yoxlama oyunlarında gənc futbolçulara da şans verəcəyik. İstəyirik ki, onlar da əsas komandaya uyğunlaşsınlar. Bu oyunlarda çatışmayan cəhətlərimizi daha aydın görə biləcəyik və hazırlıq prosesi bitənə kimi istədiyimiz komandanı formalaşdırmağa çalışacağıq.

Yeni futbolçuların transferi ilə bağlı nə düşünürsünüz?
- Klubumuzun inkişaf strategiyasının əsasında gənc yerli futbolçuların inkişafı dayanır. Hazırda komandamızda yetərli qədər legioner futbolçu var. Daha əvvəl də dediyim kimi əcnəbi futbolçu transfer etməyi düşünmürük. Ola bilsin ki, yerli futbolçular dəvət etdik. Hazırda danışıqlar apardığımız futbolçular var. Amma, bu haqda keçid rəsmiləşərsə ictimaiyyətə rəsmi məlumat veriləcək.

Həm çempionat, həm də ölkə kuboku. İki cəbhədə çətin olmayacaq ki?
-Həm kubok, həm də çempionatda hədəfimiz maksimum nəticə göstərməkdir. Çempionluq üçün sona kimi mübarizə aparacağıq. Hazırlıq mərhələsi zamanı bəzi mövqeləri gücləndirməyə çalışacağıq. Bu vaxtdan ən səmərəli şəkildə yararlanmalıyıq.

Çemponluq yolunda əsas rəqiblər hansı komandalardır?
-Bütün rəqiblər "Neftçi"yə qarşı var qüvvəsi ilə oynayır. Hər oyuna ən yüksək səviyyədə köklənməlisən. Bütün rəqiblərimizə hörmətlə yanaşırıq. Çempionluq uğrunda əsas rəqiblərimizə gəldikdə isə düşünürəm ki, "Neftçi" ilə yanaşı "Qarabağ", "İnter" və "Qəbələ" klubları daha şanslıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail