UEFA Kubokunun qalibi "Qəbələ"də

06.01.2015 | 2858 dəfə oxunub

Mövsümün ikinci yarısı öncəsi heyətini gücləndirməkdə olan “Qəbələ” növbəti transferini gerçəkləşdirib. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, bunadək Rəşad Sadiqovla müqavilə imzalayan “qırmızı-qaralar” qış fasiləsində ilk legionerlə anlaşıb.

"Qəbələ" ukraynalı yarımmüdafiəçi Aleksey Qayı heyətinə cəlb edib. Antalya toplanışı zamanı komandaya qoşulan yarımmüdafiəçi ilə 1,5 illik müqavilə imzalanıb. Qay artıq "qırmızı-qaralar"la ilk məşqə də çıxıb.

1982-ci il noyabrın 6-da anadan olan Qay son illəri “Çernomorets”də keçirsə də, karyerasının əsas hissəsi “Şaxtyor”la bağlıdır. 18 yaşında Donetsk təmsilçisinin əsas komandasına cəlb olunan yarımmüdafiəçi 2000-04 və 2006-13-cü illərdə bu komandanın şərəfini qoruyub. Ukrayna çempionatlarında 6 qızıl medal qazanan Qay 7 dəfə  ölkə kubokunun qalibi, 3 dəfə  finalçısı olub. 2008/2009 mövsümündə isə “Şaxtyor”un heyətində UEFA kubokunu (indiki Avropa Liqası) qazanıb. 2004-2006-cı illərdə “İliçevets”in çıxış edən Qay 2013-cü ilin yayından “Qəbələ”yə keçənədək “Çernomorets”də çıxış edib.

Qeyd edək ki, 2003-2011-ci illərdə Ukrayna milli komandasına cəlb olunan yarımmüdafiəçi yığmada 29 oyun keçirib və 1 qol vurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail