Zeynal MƏMMƏDOV: «Arxaya baxanda ancaq divar görünürdü»

16.11.2010 | 3066 dəfə oxunub

«Bakı» klubunun uğursuzluq zolağından çıxdığını söyləmək olar. Klubun vitse-prezidenti Zeynal Məmmədov bu iddiadadır. Zeynal müəllimlə söhbətdə bidirdi ki, klubda baş verən son iclas müsbət nəticələr verməkdədi: «Söyləyim ki, bu uğur davam edəcək. Məncə oyunçular nəyin hara  getdiyini yaxşı dərk etdilər. Klubda daxili iclas keçirildi, bir sıra sərt addımlar atdıq. Dedik ki,  papaqlarını qabaqlarına qoyub fikirləşsinlər. Artıq məğlubiyyət, ümumiyyətlə, xal itirmə limiti dolmuşdu. Dönüb arxaya baxanda ancaq divar görünürdü. Amma bir məsələ də vardı, biri var oynayıb uduzasan, biri də var, vaxt keçirəsən. Bizdə ikincidən idi».

rn

Məmmədov futbolçulara xəbərdarlıqları barədə də danışdı: «Ortada bir neçə məsələlər vardı. Əsasən də pul cəzası nəzərdə tutulmuşdu. Alacaqları pulları oyun sayına bölmüşdük. Udmasalar, pul da  almayacaqdılar».

rn

«Qarabağ»la oyunda referi Fariz Yusifovun idarəçiliyindən narazı qalan Məmmədov, bu barədə də danışdı: «İkinci hissədə hakim idarəçiliyindən narazı qaldım. Xoşuma gəlmədi, amma oldu keçdi.  Bilirsiz necədi, gərək səhv də səhv olsun da. Arxasında nəysə dayanmasın».

rn

Vitse-prezident sonda yeni transfer Leonardo Roşanın komandaya ruh yüksəkliyi gətirməsindən də danışdı: «Roşa yaxşı oyunçudu, amma komandanı o dirçəltmədi, sadəcə ayağı düşərli oldu. İlk oyunu «Neftçi»yə qarşı oldu, amma uduzduq. Sonradan vəziyyət düzəlməyə başladı. Məncə Roşa komandaya ruh yüksəkliyi, yeni qan gətirdi».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail