Sabiq "Bakı"lıdan xəbərdarlıq: "Prosineçkidən ehtiyatlı ol"

06.01.2015 | 3748 dəfə oxunub

“Robert Prosineçkinin Azərbaycan yığmasının sükanı arxasına gətirilməsi doğru qərardı. Federasiya rəhbərliyi səhvə yol verməyib. Azərbaycanın çox gözəl təqdimatı var. Bundan əlavə, ordakı şərtlər də fantastikdi. Əminəm ki, Prosineçki həmin şəraitin qarşılığında yaxşı nəticə göstərməyi bacaracaq”. Stadium.Az xəbər verir ki, bu sözləri braziliyalı futbolçu Etto deyib.

2013-14 mövsümünü “Bakı” klubunun heyətində keçirən 33 yaşlı müdafiəçi Xorvatiya mətbuatına danışıb. Açıqlamasında Robert Prosineçkini tərifləyən Etto xorvatların baş məşqçisi Niko Kovaça səslənib: “AÇ-2016-nın seçmə mərhələsində Xorvatiya Azərbaycan millisinə böyük hesabla qalib gəldi. Amma Bakıdakı qarşılaşma çətin keçəcək. Kovaç, Prosineçkidən ehtiyatlı ol. Onun rəhbərliyi altında Azərbaycan yığması sizə problem yarada bilər”.

Qeyd edək ki, “zolaqlılar”ın keçmiş oyunçusu 2005-2011-ci illərdə Zaqreb “Dinamo”sunda çıxış edib.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail