Vüqar Nadirov: "Zədəlilər döndükdən sonra daha da güclənəcəyik"

22.08.2011 | 5120 dəfə oxunub

"Şükür Allaha müalicəm pis keçmədi. Orada həkim nəzarətində hər gün 2 məşq keçirdim". Stadium.az xəbər verir ki, bunu "Qarabağ"ın futbolçusu Vüqar Nadirov deyib. 
  İyulun 28-də Avroliqanın III təsnifat mərhələsi çərçivəsində "Brugge" ilə səfər matçında zədələnən 23 yaşlı forvard Türkiyədə müalicəsini yekunlaşdıraraq Bakıya dönüb. 
  O, "Qarabağ"ın rəsmi saytına açıqlamasında bildirib ki, tezliklə komandaya qoşulacaq: "Yadıma gəlmir, axırıncı dəfə nə vaxt bu qədər futboldan uzaq qalmışdım. Topdan ötrü çox darıxmışam. Tezliklə meydana qayıtmağı səbirsizliklə gözləyirəm. Hələ 4-5 gün fərdi olaraq çalışacam. Sonra isə kollektiv məşqlərə başlayacam. İnsallah, "Rəvan"la oyuna tam hazır olacam". 
  Nadirovun sözlərinə görə, zədədən əziyyət çəkən 6-7 komanda yoldaşının hamısı meydana qayıtdıqdan sonra "Qarabağ" daha da güclənəcək: "Həqiqətən, zədə epidemiyası yaman ağır oldu. Sanki komandaya göz dəyib. Hər gün kimsə zədələnir. Amma "Qarabağ" elə komandadır ki, meydanda kim olmasına baxmayaraq, qələbə üçün oynayır. "İnter"lə oyunu izləyə bildim. "Kəpəz"lə matçı isə sadəcə internetdən izlədim. Sevinirəm ki, bu qədər itkiyə baxmayaraq komandamız ilk 2 turu qələbəylə başa vurub. Zədəlilər döndükdən sonra komandamız daha da güclənəcək". 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail