"Öz gücümə və bacarığıma güvənirəm"

07.01.2015 | 3579 dəfə oxunub

"Qəbələ" Futbol Akademiyasının yetirməsi, komandanın Antalya düşərgəsindəki ən gənc futbolçu Qismət Alıyev təəssüratlarını gabalafc.az-la bölüşüb. İlk dəfə əsas komanda ilə ölkə xaricinə səfər edən 18 yaşlı yarımmüdafiəçi bu toplanışın onun üçün həm böyük təcrübə, həm də gözəl şans olduğunu söyləyib:

"Premyer Liqanın ikinci dövrəsinin son oyunundan - "İnter"lə qarşılaşmadan öncə əsas komandanın heyətinə qatıldım. Ona qədər əvəzedici komandanın uğurları üçün tər tökürdüm. Bu mənim üçün çox sevindirici hal oldu. Hazırda əsas komandanın Antalya toplanışında mövsümün ikinci yarısına hazırlaşırıq. Üzərimə düşən məsuliyyəti yaxşı başa düşürəm. Bu həm böyük təcrübə, həm də gələcəyim üçün gözəl şansdır. Özümü yaxşı tərəfdən göstərməyə, mənə verilən bu şansdan yararlanmağa çalışıram".

Alıyev məşqçilər heyətinin və təcrübəli futbolçuların ona dəstək olduğunu, bu halın onu daha da həvəsləndirdiyini söyləyib:

"Öz gücümə və bacarığıma güvənirəm. Amma gənc və təcrübəsizəm və bu mərhələdə hansısa səhvlər qaçılmazdır. Bütün futbolçular karyeralarında sözügedən etapı keçiblər. Təbii ki, bu mərhələni uğurla adlamaqda kollektiv də böyük rol oynayır. Məşqçilər korpusu və təcrübəli futbolçular həm meydançada, həm də meydançadan kənarda heyətimizdəki gənc futbolçulara dəstək olurlar. Bizlərə peşəkar futbolçu kimi yetişməkdə yardım edirlər. İnanıram ki, bu toplanışdan lazımınca yararlanmağı bacaracağam və mənə olan inamı doğruldacağam".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail