"Simurq"un rəqibləri dəqiqləşdi

08.01.2015 | 3921 dəfə oxunub

"Simurq"un təlim-məşq praqramında bəzi dəyişikliklər edilib. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, komanda toplanış çərçivəsində əvvəlcədən bildirildiyi kimi 4 yox, 5 yoldaşlıq görüşü keçirdəcək. Qarşılaşmalar yanvarın 13-də, 15-də, 18-də, 21-də və 24-də baş tutacaq. Georgi Çixradzenin yetirmələrinin ilk rəqibi Əlcəzairin "Əl-Eyulma" klubu olacaq. Oyun Bakı vaxtı ilə saat 17: 30-da start götürəcək. İkinci görüşdə "sarı-qaralar" Albaniyanın "Partizani" kollektivi ilə üz-üzə gəlməli idi. Ancaq onların təlim-məşq toplanışına gəlməməsi səbəbindən "Simurq" Almaniyanın "Dyusburq" klubu ilə görüşdə gücünü sınaqdan keçirəcək. Üçüncü və dördüncü yoxlama oyunları Qazaxıstanın "İrtış" və Rumıniyanın Curcu şəhərinin təmsilçisi "Astra" klubları ilə olacaq. Komandanın sonuncu sparrinq rəqibi isə Ukraynanın "Volın" kollektivi olacaq. 

Son yoxlama matçından sonra "Simurq" tam heyətlə ölkəyə qayıdacaq və Premyer Liqanın XIX turunun hazırlıqlarını doğma arenada davam etdirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail