"Qəbələ"nin həkimi: "Fasilədən sonra futbolçularda artıq çəki olur"

08.01.2015 | 3981 dəfə oxunub

"Futbolçular istirahətə buraxılarkən başlıca məqsəd onların futboldan müəyyən qədər uzaq durmalarını, psixoloji və fiziki cəhətdən istirahətini təmin etməkdir. Təbii ki, istirahət zamanı fiziki formanı qorumaq, artıq çəkinin yaranmasına imkan verməmək vacib faktordur. Bu baxımdan bütün futbolçulara fərdi olaraq tapşırıqlar vermişdik. Bəzi futbolçular istirahətə zədəli yollanmışdılar. Hansısa problemi olanların düşərgəyə daha yaxşı formada dönmələrini təmin etmək məqsədilə onları fasilə müddətində nəzarətdə saxladıq. Sevindirici haldır ki, belə futbolçularımızdan bəziləri artıq sağlam şəkildə, tam bərpa olaraq komandanın sıralarına dönüb. Uzun müddət zədədən əziyyət çəkən Ruslan Əmircanov və Viktor Mendi kollektivlə birlikdə məşq edir. Ekiqo Ehiosun və Pavol Farkaş komandadan ayrı fərdi hazırlıq keçir. Onların da yaxın günlərdə komandaya qoşulacağını demək olar".

Stadium.Az xəbər verir ki, bu sözləri "Qəbələ"nin həkim-fizioterapevti Rahim Məhərrəmov gabalafc.az-la söhbət zamanı söyləyib. Hər şeyin plana uyğun inkişaf etdiyini deyən mütəxəssis hazırda əsas diqqətin futbolçuların vitaminlərlə təmininə və əzələlərin düzgün inkişafına ayrıldığını vurğulayıb. 

"İstər istəməz futbolçuların bir çoxunda fasilədən dönərkən az da olsa artıq çəki olur. Amma bu o qədər də önəmli məsələ deyil. Çünki futbolçular məşq posesində qısa zaman kəsiyində artıq çəkidən xilas ola və öz ideal formalarına qayıda bilirlər. Hazırda əsas diqqəti futbolçuların vitaminlərlə təmin olunmasına və müəyyən müddət fiziki yükləmələrdən kənar qalmış əzələlərinin düzgün inkişafına yönəltmişik. Bu mənada qidalanmaya və masaja xüsusi önəm veririk. Hər şey plana uyğun davam edir. Təbii ki, müəyyən əzələ yorğunluqları olur. Bizim də işimiz belə problemləri aradan qaldırmaq, futbolçuların sağlamlığını təmin etməkdir".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail