"Qəbələ"nin yetirmələri Rusiyada fərqləndi

08.01.2015 | 3880 dəfə oxunub

Rusiyanın Sankt-Peterburq şəhərində FİFA-nın I vitse-prezidenti Valentin Qranatkinin xatirəsinə həsr olunan 19 yaşa qədər futbolçular arasında turnirdə ikinci qrup mərhələsinə start verilib. Stadium.Az xəbər verir ki, ilk iki oyununda Yaponiyanı 1:0, Rusiya-2-ni 4:2 hesabı ilə məğlub edən Azərbaycan milli komandası 3-cü oyununda Sankt-Peterburq yığmasına 2:4 hesabı ilə uduzub. 

Millimizi turnirdə təmsil edən heyətdə “Qəbələ” Futbol Akademiyasının yetirmələri də yer alıb. Müdafiəçilər Ayxan Əsədovla Bəhlul Mustafazadə, yarımmüdafiəçilər Emin Zamanov, Yusif Nəbiyev və Roman Hüseynov 1-6-cı yerlər uğrunda mübarizə aparan komandamızın şərəfini uğurla qoruyur. Komandamız bütün matçlara “11-liy”ində Akademiyamızın 4 yetirməsi ilə başlayıb.

Yığmamızın kapitanı olan Bəhlul hər 3 qarşılaşmanı əvəzolunmadan keçirib. Eminlə Yusif də millimizin bütün matçlarında 90 dəqiqə meydanda olub. Yarımmüdafiəçilərimiz özlərini yaxşı tərəfdən göstərməyi də bacarıblar. Zamanov 2-ci, Nəbiyev isə 3-cü oyunda yığmamızın ən yaxşı futbolçusu seçilib. Sonuncu 2-ci turda aldığı sarı vərəqəni bu uğuru ilə unutdurub. Turnirin bütün oyunlarına start heyətində başlayan Hüseynov ilk görüşdə 90-cı, növbəti matçda 87-ci, son qarşılaşmada 83-cü dəqiqədə əvəzlənib. Rusiya-2 ilə matçda onu məhz “Qəbələ”nin yetirməsi olan Əsədov əvəzləyib.

Qeyd edək ki, millimiz yanvarın 8-də Cənubi Koreya yığması ilə qarşılaşacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail