"Təyyarəçilər"in hazırlıq planı müəyyənləşdi

08.01.2015 | 3678 dəfə oxunub

Qış hazırlığını Bakıda keçirəcək AZAL-ın hazırlıq planı təsdiqlənib. Stadium.Az xəbər verir ki, yanvarın 5-dən məşqlərə başlayan paytaxt klubu ilk həftə əsasən fiziki hazırlığın yüksəldilməsi üzərində çalışacaq. Toplanış müddətində 5 yoxlama matçının keçirilməsi də nəzərdə tutulub.

“Təyyarəçilər” 10, 15, 17, 19 və 24 yanvar tarixlərində oyun keçirəcək. İlk 2 matç üçün sınaqçı-rəqib axtarışı davam edir. Yanvarın 17-də və 19-da isə "təyyarəçilər" “Sumqayıt” ilə qarşılaşacaq. İlk oyun Sumqayıtda, ikinci matç isə Bakıda baş tutacaq.

AZAL ayın 24-nə planlaşdırılan qarşılaşmanı isə Gürcüstanın paytaxtı Tiflisdə keçirmək niyyətindədir. Qonşu ölkənin komandaları ilə danışıqlar davam edir. İlkin plana əsasən, AZAL 23-də qərbə səfər edəcək, sabahısı meydana çıxacaq. Bu yöndə görülən işlər davam edir. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail