Prosineçki: "Yəqin ki, aramızda problem olmayacaq"

08.01.2015 | 3505 dəfə oxunub

"Bu gün bəlkə də ən çox sevinənlərdən biri mənəm. Çünki güclü bir  futbolçu Azərbaycan millisində çıxış edəcək. Ümid edirəm ki, onun yığmaya çox köməyi dəyəcək". 

Stadium.Az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki deyib. Eddi İsrafilovun Azərbaycan yığmasında oynamağa razılıq verməsindən məmnun qalan xorvatiyalı mütəxəssis futbolçu ilə yaxşı anlaşacaqlarına ümid etdiyini bildirib:

"İspaniya Primerosunda oynayan futbolçu millimizdə çıxış edəcək. Onun həm indiki, həm də əvvəlki klubundakı oyunlarını izləmişəm. Eddi ilə də, ailəsi ilə də şəxsən söhbətim olub. Onun bizim millimizdə oynaması və ispan dilində danışmağım işimizi asanlaşdıracaq. Yəqin ki, aramızda problem olmayacaq və bir-birimizi yaxşı başa düşəcəyik”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail