Daha bir klubumuz Türkiyəyə gedir

09.01.2015 | 2862 dəfə oxunub

“Qəbələ”nin əvəzedici heyəti 2014/15 mövsümünün ikinci yarısına hazırlıqları davam etdirir. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, iki mərhələdən ibarət hazırlıq keçəcək komanda yanvarın 5-də bir araya gəlib. “Qırmızı-qaralar”ın Qəbələdə keçirilən bu təlim-məşq toplanışı yanvarın 14-dək davam edəcək. Gündə iki dəfə məşq keçən əvəzedicilər əsasən fiziki hazırlıqlara üstünlük verir. Luis Araqonun başçılıq etdiyi məşqçilər korpusu oyunçuları fiziki durumlarının yaxşılaşdırılmasına xidmət edən proqram üzrə çalışdırır. Bu proqrama əsasən səhər məşqləri güc, axşam hazırlıqları toplu çalışmalardan ibarətdir.

Bir günlük fasilədən sonra – yanvarın 16-da hazırlığın ikinci mərhələsi start götürəcək. Ayın 29-dək Türkiyənin Antalya şəhərində davam edəcək təlim-məşq toplanışı zamanı texniki və taktiki hazırlıqlara üstünlük veriləcək. Bu müddətdə bir neçə yoxlama oyununda da qüvvəsini sınayacaq. Bu qarşılaşmalardakı sınaqçı rəqiblər və oyunların vaxtı yaxın günlərdə müəyyənləşəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail