"Qarabağ" rəhbərliyi Azərbaycan prezidentinə yeni layihəni təqdim etdi - FOTOLAR + VİDEO

13.01.2015 | 5806 dəfə oxunub

Azərbaycan prezidenti İlham Əliyev “Azərsun Holdinq” Şirkətlər Qrupunun “Xəyal Adası” layihəsi üzrə görülən işlərin gedişi ilə tanış olub. Stadium.az AzərTAc-a istinadən xəbər verir ki, “Azərsun Holdinq” Şirkətlər Qrupunun Müşahidə Şurasının sədri, “Qarabağ“ın prezidenti Abdulbari Gözəl dövlət başçısına “Xəyal Adası”nda görülən işlərlə bağlı ətraflı məlumat verib. Bildirilib ki, Heydər Əliyev Beynəlxalq Aeroportuna gedən yolun üzərində yerləşən “Xəyal Adası”nın ərazisi 320 hektardı. Bu, yüksək standartlara cavab verən yaşayış, ticarət, əyləncə və idman sahələrini əhatə edən layihədi.

Azərbaycan prezidenti “Xəyal Adası” qolf klubunda yaradılan şəraitlə də tanış olub. Dövlət başçısına burada qolf oyunlarında istifadə olunan avadanlıq və klub-kar barədə məlumat verilib. İlham Əliyevin diqqətinə çatdırılıb ki, yaşayış sahəsində müasir tələblərə cavab verən yüksək keyfiyyətli 2100 mənzil, fərqli ölçülərdə və konseptlərdə 300 villa inşa olunur. “Xəyal Adası” layihəsi burada yaşayacaq insanların bütün ehtiyaclarını ödəməyə hesablanıb. Buna görə də layihə çərçivəsində məktəb kompleksi, ticarət mərkəzləri, mehmanxana, beynəlxalq səviyyəli yarışların keçirilməsinə imkan verən Qolf Mərkəzi, göllər və peyzaj sahələri yaradılır.


Prezident İlham Əliyev elektromobillə qolf sahəsini gəzib, Qolf Akademiyasında yaradılan şəraitlə də tanış olub. Burada idman avadanlığı mağazası və kafe də fəaliyyət göstərəcək. Akademiyada kiçik yaşlarından başlayaraq uşaqlara peşəkarlar tərəfindən qolf öyrədiləcək, müxtəlif treninqlər keçiriləcək. Sonra dövlətn başçısı ərazini gəzib, tikintisi davam etdirilən villalarda yaradılacaq şəraitlə tanış olub. O, tikinti işlərinin yüksək səviyyədə həyata keçirilməsi üçün müvafiq tapşırıq və tövsiyələrini verib.

























Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail