"Bəli, "Qarabağ"dan ayrılmışam"

13.01.2015 | 4816 dəfə oxunub

Bir ildən çoxdur, “Qarabağ”da həm koordinator, həm də əvəzedici heyətin baş məşqçisi olan Borçe Xristov Ağdam klubundan ayrılıb. Stadium.Az Sportal.az saytına istinadən yaydığı xəbərə görə, makedoniyalı mütəxəssis artıq vətəninə qayıdıb. Xristov məlumatı təsdiqləyib:

"Bəli, "Qarabağ”dan ayrılmışam. Makedoniyadan bir neçə təklif var. Ancaq yəqin ki, hələ bir neçə ay istirahət edəcəm”.
 
Klubdakı fəaliyyəti barədə danışan Borçe Xristov "Qarabağ"la işbirliyinin uğurlu alndığını söyləyib:
 
“Əvəzedici heyəti gəncləşdirdik və komandanı 16, 17, 18 yaşlı futbolçulardan qurduq. Gənc komanda ilə əvəzedicilərin çempionatında yaxşı oyunumuzla diqqət çəkdik. Bilirsiz ki, Qurban Qurbanov gənclərlə işləməyi sevən mütəxəssisdir. Bu baxımdan hər zaman onun dəstəyini hiss edirdik. Ümumiyyətlə, Qurban Qurbanov “Qarabağ”da uşaq futbolunun inkişaf etməsi üçün də çox çalışır. Əsas komandada işinin çox olmasına rəğmən, aşağı yaş qrupları ilə də yaxından maraqlanır. Antalyadakı toplanışa da əvəzedici heyətdən bir neçə oyunçu apardı. Ümumi götürsək, bu dönəmdə “Qarabağ”la işbirliyimiz yaxşı alındı”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail