"Sumqayıt" "Bakı"nı darmadağın etdi

14.01.2015 | 4433 dəfə oxunub

Premyer Liqamızda mövsümün ikinci yarısına hazırlığını davam etdirən "Sumqayıt" bu gündən etibarən təlim-məşq toplanışına yığışıb.

Stadium.AZ-ın klubun saytına istinadən yaydığı xəbərə görə, Aqil Məmmədovun rəhbərlik etdiyi komanda sabahdan etibarən gündə iki dəfə olmaqla məşqlərini "Kapital Bank Arena"da keçirəcək.

Təlim-məşq toplanışı çərçivəsində "Sumqayıt" bu gün ilk yoxlama oyununu keçirib. Doğma meydanda "Bakı" ilə üz-üzə gələn komanda qarşılaşmadan 5:1 hesablı üstünlüklə ayrılıb. Məhəmməd Qurbanov dubl edib, digər qolları isə Orxan Əliyev, Tofiq Mikayılov və Budaq Nəsirov vurub. "Bakı"nın yeganə qolunu isə Nuran Qurbanov vurub.

Qeyd edək ki, "Sumqayıt" hazırlıq mərhələsi çərçivəsində növbəti yoxlama oyununu yanvarın 17-də "Kapital Bank Arena"da AZAL-a qarşı keçirəcək. Həmin qarşılaşma saat 16:00-da start götürəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail