Roman Qriqorçuk "Eskişehirspor"a məğlubiyyəti şərh etdi

15.01.2015 | 3039 dəfə oxunub

"Bu gün yaxşı oyun keçirdik. Üzərimizdə çalışırıq. Hədəfimiz Premyer Liqanın III dövrəsinin ilk turuna qədər hazır olmaqdır".
 
Stadium.az xəbər verir ki, bu sözləri "Qəbələ"nin baş məşqçisi Roman Qriqorçuk "Eskişehirspor"la yoxlama matçından sonra deyib. 

Ukraynalı mütəxəssis Premyer Liqamızdakı rəqiblərin oyunlarını izləmədiklərini bildirib: "Çatışmamazlıqlar üzərində işləyəcəyik. Düzünü desəm, Premyer Liqadakı rəqiblərimizin oyununu hələ ki, izləmirik. Çünki komandada görüləcək işlər çoxdur. Yığmanın məşqçilərinin bizim oyunumuzu izləməsi normaldır. Onlarla söhbətim olub. 

Yığmaya hər cür kömək etməyə hazır olduğu dedim. Transferlərə gəldikdə daha çox ukraynalı futbolçularla maraqlanırıq. Çünki bu, mənim daha yaxşı tanıdığım çempionatdır. Vaxt azlığını nəzərə alaraq risk etmək istəmirik və tanış futbolçuları komandaya cəlb etməyi planlaşdırırıq". 

İlk yoxlama oyununda PSV-nin ikinci komandası ilə 0:0 bərabərə qalan "Qəbələ" ikinci görüşündə Türkiyənin "Eskişehirspor" klubuna uduzub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail