Aleksey Qay: "Daha çətin olacağını gözləyirdim"

15.01.2015 | 3175 dəfə oxunub

Türkiyənin Antalya şəhərində təlim-məşq toplanışında olan “Qəbələ”nin ukraynalı futbolçusu Aleksey Qay hazırlıq prosesi barədə fikirlərini açıqlayıb. Stadium.Az xəbər verir ki, yarımmüdafiəçi Türkiyənin “Əskişəhərspor” klubu ilə qarşılaşmadan sonra fikirlərini gabalafc.az-la bölüşüb:

“Keçirdiyimiz yoxlama oyunlarında nəticə deyil, məşqçinin komandaya aşılamaq istədiyi oyun sxemi ön sırada durur. İndiki matçlarımız təhlil üçün əsas verir. Bu da gələcəkdə daha güclü çıxış etməyimizə səbəb olmalıdır. Lakin hələ çox çalışmalıyıq”.

Qay bildirib ki, “qırmızı-qaralar”a Antalya toplanışında qatılsa da, yeni komandaya gözlədiyindən də asan uyğunlaşıb: “Qəbələ”yə uyğunlaşmaqda heç bir çətinlik olmadı. Bu prosesin daha çətin olacağını gözləyirdim. Lakin burada məni çox isti qarşıladılar. Bütün komanda üzvlərinin arasında qarşılıqlı hörmət olan yerdə uyğunlaşma ilə bağlı da çətinlik ola bilməz. Belə olanda biz futbolçulara yalnız yaxşı oynamaq və qalib gəlmək qalır”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail