"Rəvan" 8 yoxlama oyunu keçirəcək

15.01.2015 | 3705 dəfə oxunub

"Rəvan” rəhbərliyi ilə məşqçilər korpusu arasında görüş baş tutub. Stadium.Az klubun saytına istinadən xəbər verir ki, iclasda əsas komandanın qış fasiləsində nəzərdə tutulan təlim-məşq toplanışının detalları müzakirə olunub.

Yanvarın 7-dən məşqlərə start verən komandanın 24-dək paytaxtda hazırlıq keçməsi məqsədəuyğun sayılıb. Kollektiv bu müddətdə klubun Qaraçuxurdakı bazasında məskunlaşacaq.

"Rəvan” PFK hazırlığın növbəti mərhələsini Salyan şəhərində keçəcək. Yanvarın 26-da əyalətə yollanacaq komanda Salyan Olimpiya Kompleksində lövbər salacaq. "Sarı-qırmızılılar” fevralın 8-də Bakıya dönəcəklər və toplanışa paytaxtda yekun vuracaqlar.

"Rəvan” PFK toplanış dönəmində 8 yoxlama matçında qüvvəsini sınamağı planlaşdırır. Artıq rəqiblərdən 3-ü bəllidir. "Aslanlar” yanvarın 17-də "Qaradağ Lökbatan”, 21-də "Ağsu”, 24-də isə "Şahdağ”la qarşılaşacaq.

Qeyd edək ki, bütün matçlar "Bayıl Arean”da keçiriləcək və saat 13:00-da başlayacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail