«Şuşa»nın yeni baş məşqçisindən ilk açıqlama

07.01.2011 | 4832 dəfə oxunub

«Şuşa» klubunun baş məşqçisi Mətin Dəmirkıran ilk açıqlamasını saytımıza verdi. Bu gün futbolçuları səhər məşqinə çıxaran Mətin bəyin yeni komandası barədə ilk təsuratları belə oldu: «Bu gün (dünən) «Şuşa»nı ilk məşqə çıxardım, komandayla tanış oldum. Heyətdə 30-dan çox futbolçu var. Təbii ki, onların hamısı düşərgədə qalmayacaq. Rəhbərliklə bir yerdə düşünmüşük ki, heyətdə 23 futbolçu saxlayaq. Hazırda baxışda olan futbolçularla tanış oluram. Yaxın 3 gün ərzində seçimləri tamamlamalı, İmişliyə - toplanışa aparacağımız futbolçuları seçməliyik. Onlardan təxminən ilk «11»lik qədər futbolçunu bəyənib, bizdə qalması üçün razılığını almışıq. Sizə deyim ki, komandada çox yaxşı futbolçular var. Buna görə məndən əvvəl «Şuşa»nı çalışdıran Nadir Qasımova da minnətdarlığımı bildirirəm. Çünki bu futbolçuların mən gələnə qədər komandanın düşərgəsinə gəlməsində onun da əməyi olub».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail