Azərbaycan yenə "Birlik Kuboku"ndan imtina etdi

15.01.2015 | 3340 dəfə oxunub

Yanvarın 16-25-də keçiriləcək Birlik Kubokunda Azərbaycan təmsil olunmayacaq. Stadium.Az xəbər verir ki, XXIII dəfə baş tutacaq turnirin Təşkilat Komitəsi ölkəmizə dəvət göndərsə də, müsbət cavab almayıb.

Rusiya mətbuatına açıqlama verən yarışın direktor müavini İqor Kiselev bildirib ki, Birlik Kubokuna MDB ölkələrindən bəziləri qatılmayacaq. Onun sözlərinə görə, Azərbaycanla yanaşı, Gürcüstan, Ermənistan və Özbəkistan da rəsmi şəkildə turnirdə iştirakdan imtina edib: “Ukraynanın təklifə cavab verməməsi onların da Birlik Kubokuna qatılmayacağını deməyə əsas verir”.

MDB ölkələrinin turnirə marağının azaldığını nəzərə alan Təşkilat Komitəsi ümumilikdə 30 ölkəyə dəvət göndərib. Finlandiya və CAR turnirdə iştirak etməyə razılıq veriblər.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən keçirilən Birlik Kubokunda təmsil olunmaqdan ardıcıl 4-cü ildi ki, imtina edir. Buna da səbəb bu illərdə yarışın 21 yaşadək futbolçular arasında keçirilməsidi.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail