"Tuyqun Nadirovun açıqlaması çox maraqlı, xoş bir etirafdır" - MÜSAHİBƏ

16.01.2015 | 3235 dəfə oxunub

Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov affa.az saytına müsahibə verib. Stadium.Az həmin müsahibəni diqqətinizə çatdırır:

 

- Bu mövsümdə hakimlərimzin idarə etdiyi oyunları necə qiymətləndirərdiniz?

- Təlim-məşq toplanışının birinci mərhələsində Premyer Liqanın ilk yarıdakı iki dövrəsi ərzində idarə olunan oyunlara baxılır, hakimlərin idarəçiliynə qiymət verilir, təhlillər aparılır. Hakimlərimizin idarə etdiyi oyunlarda buraxdıqları səhvləri araşdırır, birlikdə müzakirələr aparır, bu kimi səhvlərin baş verməməsi üçun səbəb və nəticələri müəyyənləşdirməyə çalışırıq. İstəyirik ki,qarşıdakı oyunlarda belə səhvlər bir daha təkrarlanmasın, referilərimiz daha yaxşı idarəçilikləri ilə seçilsinlər. Oxşar oyun epizodlarında verdikləri qərar birmənalı olsun, yəni bir hakim bir qərar, başqa hakim isə digər qərar verməsin. Qərarlar oyun qaydaları və təlimatlarına uyğun verilsin. FİFA-nın da tələbi budur ki, oyun qaydaları birmənalı şəkildə yozulsun və eyni tətbiq olunsun. Birinci mərhələyə yekun vurarkən qeyd edim ki, bu mərhələdə müəyyən səhvlərimiz oldu. Amma ümumilikdə bu çempionatın gedişinə elə də ciddi mənf təsir göstərmədi. XII turda oyunun nəticəsinə təsir edən müəyyən səhvlər oldu. Ondan sonra da çox ciddi islahatlar apardıq və sonrakı 6-7 turda  nəticəyə təsir edən elə bir səhvimiz olmadı. Yəni müəyyən işlər aparıldı və o proses indi də davam edir. Bu toplanışda da həmin çatışmazlıqlar üzərində işləyərək onları aradan qaldıracağımıza inanıram.

 

- Birinci yarımillikdə bəzi oyunlardan sonra klubların bəzi nümayəndələri tərəfindən də hakim idarəçiliyi ilə bağlı narazılıqlar səslənmişdi...

- Yeni yaranmış Klublar Komitəsinin sədri Tuyqun Nadirov diqqətimi çəkən bir açıqlamasında bildirir ki, bəzi klub məşqçiləri uğursuzluqlarını ört-basdır etmək üçün günahı hakimdə axtarırlar. Çox maraqlı, xoş bir etirafdır. Amma əslində həmin kəslər səhvləri özlərində axtarmalıdırlar. Bütün dünyada hakim səhvlərinə rast gəlinir. Ancaq heç bir hakim hakimlikdən qovulmur və ya getmir, səhvləri araşdırılır. Oyunun nəticəsinə təsir edən səhvləri varsa, müəyyən müddətə qarşılaşmaları idarə etməkdən uzaqlaşdırılır. Yəni bununla məşğul olan insanlar, orqanlar var və onlar da qərar qəbul edirlər. Bu, klubların görəcəyi iş deyil. Hər kəs öz işi ilə məşğul olsa, daha çox uğur qazana bilər. Hakim də insandır və o da səhv edə bilər. Bəzən bir epizoda təkrar-təkrar baxıb qərar verə bilmirik. Amma hakim bir neçə saniyə ərzində qərar qəbul etməlidir. Təbii ki, bu halda səhvə yol verən də ola bilər. Əsas məsələ odur ki, bu səhvlər qərəzli olmasın. Bizim məqsədimiz belə səhvlərin minumuma endirilməsi, olmamasıdır.

 

- Bu toplanışda gənc hakimlərə, yeni adlara rast gəlinir. Gənclər etimadınızı doğrulda biləcəkmi?

- Təbii ki, bu toplanışa dəvət olunanların hec də hamısı Premyer Liqa hakimləri deyil. Onların arasında Premyer Liqa  oyunlarını idarə etməyə namizəd hakimlər də var və ikinci yarıda onların da oyunlara təyinatlarını görə bilərik. Daha yaxşı hazırlaşmaları üçün hələ qarşıda vaxt var. Hesab edirəm ki, bu müddətə onlar da hazır ola bilərlər. Nəsil dəyişməsə və rəqabət olmasa, heç vaxt inkişaf ola bilməz. Bu gün, məsələn, 10 hakim varsa, sabah üçün 15 eyni səviyyəli hakim hazırlaya bilsək, səhv edən hakim anlayacaq ki, yerini itirsə, daha geri qaytara bilməyəcək. Hakimlər yerlərini itirməkdən çəkinəcəklər. Əks halda, özünəarxayınlıq və ya əvəzolunmazlıq hissi növbəti kobud səhvlərə gətirib çıxara bilər.

 

- Çempionatın ikinci yarısında hər oyunun daha çətin keçəcəyi gözlənilir və bu, məsuliyyəti daha da artırır...

- Bu mərhələdə təzyiq daha çox olacaq. Çünki hər bir oyun həlledici xarakter daşıyacaq. Çempionatın sonluğu, avroliqalara düşmək istəyən komandalar arasında mubarizənin kəskinləşməsi müşahidə ediləcək. İstəyinə çata bilməyən bəzi klubların məşqçiləri isə günahkar axtarışına çıxacaqlar. Günahkar isə yəqin ki, hakimlər olacaqlar. Onların kiçik səhvləri şişirdiləcək, ajiotaj yaratmağa çalışacaqlar. Biz bunu bilirik və buna da hazırlaşırıq. Oyunların da maraqlı keçəcəyini qeyd edərdim. Birinci yarımillə müqayisədə, bu mərhələdə hakim səhvlərinə də çox az təsadüf ediləcək. Toplanışda həm də müəyyən qədər oyunlar idarə etdiklərindən, hakimlərimiz ikinci mərhələ oyunlarına daha hazırlqlı gedəcəklər.


- Hakimlərimizin psixloji hazılığı necədir?

- Fiziki-taktiki hazırlığın qaydasında olduğunu deyə bilərəm. Burada çox gözəl oyunlar idarə edirlər. Çempionatda da müsbət mənada fərqlənirlər. Psixoloji hazırlıq cəhətdən müəyyən çatışmazlıqlar olduğunu etiraf edirəm. Oyunlarda bir balaca təzyiq olanda və ya doğma dildə söyüş eşidəndə bəzi hakimlərimiz özlərini itirirlər. Psixoloji hazırlığa da önəm veririk. Ümid edirəm ki, ikinci yarıda hakim səhvləri ya minimuma enəcək ya da heç bir səhv olmayacaq.


- Təlim-məşq toplanışında daha hansısa mütəxəssisin iştirakı nəzərdə tutulubmu?

-Yanvarın 21-dən hazırlıq prosesinə UEFA təmsilçisi Aleksey Spirin də qoşulacaq. Onunla telefon vasitəsilə əlaqə saxladığım zaman qeyd etdi ki, UEFA-da ən cox gənc hakimlərin Azərbaycanda olduğu bildirilir. Bu da bizlər üçün çox müsbət məsələdir. Nəsillərin bir-birini əvəzləməsi prosesi uğurla davam edir. Azərbaycan hakimlərinin xoş soraqlarını yaxın vaxtlarda tez- tez eşidə biləcəyik. Bunun üçün bizlərə göstərilən diqqət və qayğıdan razıyıq. Artıq bir neçə ildir ki, ildə iki dəfə təlim-məşq toplanışı keçirik. Hakimlərimiz müxtəlif ölkələrdən gələn klubların oyunlarını idarə edirlər, dünyagörüşləri, təcrübələri artır. Bir sözlə, bu toplanışların işimizə çox xeyri dəyəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail