Nazir İngiltərənin ən köklü klubunu alır?

17.01.2015 | 5375 dəfə oxunub

Azərbaycanın ən iri holdinqlərindən biri İngiltərənin məşhur futbol klubunu almaq üçün danışıqlar aparır. “Birmingham Mail” nəşrinə istinadən xəbər veririk ki, “Aston Villa”nı sahibi Rendi Lerner ötən il satışa çıxarıb. Klubun səhmlərinin bir hissəsinin mülkiyyətçisi, idman telekanalında aparıcı olan Conni Qould bildirib ki, “Aston Villa”nı almaq üçün neft və qazla zəngin olan Şərqi Avropa ölkələrindən birindən təklif var.

Nəşrin yazdığına görə, klubun Azərbaycandan olan şirkət tərəfindən alınmasına dair gizli sövdələşmə var. Conni Qould Azərbaycandan kimin klubu almaq istədiyini də açıqlayıb, bildirib ki, “Gilan Holdinq” adlı şirkət mümkün sövdələşməyə cəlb olunub.

Lakin bu, hələlik rəsmən təsdiqlənməyib və şaiyə olaraq qalır. Ötən ay “Aston Villa”nın amerikalı milyarder Mark Kubana satılacağı haqda şaiyələr yayılmışdı. “Aston Villa” 1874-cü ildə yaradılıb və İngiltərənin ən yaşlı, habelə ən titullu klublarından biridi. “Gilan Holdinq” isə Azərbaycanın fövqəladə hallar naziri Kəmaləddin Heydərova yaxın biznes strukturu hesab edilir (virtualaz.org).



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail