Məşqçilər Komitəsi "Simurq"la müzakirə apardı

18.01.2015 | 3603 dəfə oxunub

AFFA-nın Məşqçilər Komitəsinin üzvləri Antalyada qış təlim-məşq toplanışında olan komandamızın düşərgəsində olub. Stadium.Az xəbər verir ki, komitənin sədri Vaqif Sadıqov və üzvləri Ağasəlim Mircavadov, Şahin Diniyev, Şakir Qəribov Zaqatala təmsilçisinin məskunlaşdığı "Sirena Belek" otelində klubun prezidenti Anar Bəkirov, baş məşqi Georgi Çixradze, baş menecer Kamran İsmayılov və məşqçilər korpusu ilə görüşüb. 

Görüş zamanı bir çox mövzularla bağlı müzakirələr aparılıb. İlk öncə komandamızın hazırlığı ilə maraqlanan komitə üzvləri, daha sonra A milli komandada və digər yaş qruplarından ibarət yığmada oynayan futbolçuların durumları ilə bağlı məşqçilərlə söhbət ediblər. 

Aparılan fikir mübadiləsi zamanı gənc futbolçuların yetişdirilməsi və bunun futbolumuzun inkişafı üçün vacibliyilə bağlı məsələyədə toxunulub. Həmçinin əvəzedici heyətimizdə oynayan və istedadlı futbolçuların asas komandaya cəlb olunması prossesi ilə bağlı məşqçilər korpusu komitə üzvlərinə məlumat verib.

Görüş zamanı legioner limiti ilə bağlı da müxtəlif dialoqlar olub. Anar Bəkirov bununla bağlı mövqeyini komitə üzvlərinə bildirib. Premyer Liqanın səviyyəsinin artırılması ilə yanaşı, aşağı dəstədə mübarizə aparılan komandalarda da vacib işlərin görülməsi xüsusən vurğulanıb.

Sonda görüşdən razı qalan hər iki tərəf, bu cür müzakirələrin davamlı olaraq aparılmasının məqsədə uyğun olduğu bildiriblər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail