Ruben Sxaken: "Onu yaxşı tanıyıram, məndə nömrəsi də var" - MÜSAHİBƏ

18.01.2015 | 4107 dəfə oxunub

"İnter”in hollandiyalı yeni transferi Ruben Sxaken Antalyaya ezam olunmuş azərbaycanlı jurnalistlərə müsahibə verib. Stadium.Az həmin müsahibəni sizə təqdim edir.

- "İnter”dəki durumunuzdan razısınız?
- Hər şey qaydasındadır, toplanış da yaxşı keçir, məşqlər də ürəyimcədir. Komandada yaxşı futbolçular var. Mənə gəlincə, komandanın bir hissəsi olmağa hazıram.

- Niyə məhz "İnter”?
- Başqa klublardan da təkliflər var idi. Artıq 32 yaşım var və bunu da nəzərə almaq lazımdır. Məni bura "İnter”in Hollandiyadan olan idman direktoru (Roland Vromansı nəzərdə tutur - red.) dəvət etdi və mən də dəvəti qəbul etdim. Bundan başqa, Bakı haqqında soruşdum, o da ordakı yaşayış haqqında məlumat verdi və mən də gördüm ki, həm özümün, həm də ailəmin bu şəhərdə yaşaması üçün hər cür şərait var. Digər təkliflər uzaq ölkələrdən idi. Məsələn Çindən və bu kimi ölkələrdən. Ona görə həmin təklifləri heç dəyərləndirmədim.

Komandada daha çox kiminlə dil tapa bilmisiniz?
- Yusef Feniş noyabrda "İnter”ə gəlib və mənə də komandaya uyğunlaşmaqda çox köməyi dəydi.

Azərbaycanda Hollandiya çempionatından gəlmiş başqa bir futbolçu da var. Söhbət "Qarabağ”da çıxış edən Leroy Corcdan gedir. Onunla münasibətiniz varmı? Ümumiyyətlə, gəlməmişdən əvvəl onunla əlaqə saxlamısınız?
- Onu yaxşı tanıyıram, məndə nömrəsi də var. Amma zəng etməmişəm. Bu, peşəkarlıq baxımından bir az düz çıxmır. Çünki o, başqa komandada oynayır. Həm rəhbərlik də elə qərara gəldi ki, əlavə zənglərə ehtiyac yoxdur.

Bəs Azərbaycana gəlməmişdən öncə bu ölkə haqqında necə məlumat toplamısınız?
- Azərbaycan haqqında o qədər də çox məlumatım yox idi. Sadəcə, "Google" saytında Bakı haqqında axtarış verdim və məlumatları topladım.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail