"Qəbələ" uduzdu

19.01.2015 | 2951 dəfə oxunub

“Qəbələ”nin əvəzedici komandası Türkiyənin Antalya şəhərində keçirilən təlim-məşq toplanışı çərçivəsində ilk oyununu keçirib. Stadium.az xəbər verir ki, qonşu ölkəyə yanvarın 16-da yollanan Luis Araqonun yetirmələri ilk sınağında Qazaxıstanın “Tobol” klubunun əvəzediciləri ilə üz-üzə gəlib.

“Qırmızı-qaralar” birinci yoxlama oyununa bu heyətlə çıxıb: Cavid Əsgərov, Ayxan Əsədov, Vəzir Musayev, Elton Xudadatov, İbrahim Aslanlı, Qismət Əliyev, Sahil Mirzəyev, Müşfiq Teymurov, Ramil Həsənov, Mirəli Məmmədzadə, Ehtiram Şahverdiyev.
Məşqçilər korpusu matçın gedişində Şamil Camaləddinov, Emin Zamanov, Muxtar Əliyev, Azər İbrahimov, Elnur Orucov, Elnur Mustafazadə və Ramazan Həsənova da şans verib. 

Hər hissədə bir qol buraxan “Qəbələ” qarşılaşmada 0:2 hesabı ilə məğlub olub. “Qırmızı-qaralar” toplanış çərçivəsində daha iki yoxlama oyununda qüvvəsini sınayacaq.

Araqonun komandası Antalya toplanışını yanvarın 29-da başa vuracaq. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail