"Simurq" çalışmalara davam edir

21.01.2015 | 3731 dəfə oxunub

Antalyada qış təlim-məşq toplanışında olan "Simurq", ötən gün hazırlıq proqramına əsasən iki məşqə çıxıb.

Stadium.Az xəbər verir ki, səhər məşqindən öncə baş məşqçi Georgi Çixradze bütün futbolçuları ətrafına yığaraq  20 yanvar Azərbaycan xalqının hüzn günü olduğunu bildirib və qeyd edib ki, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusu Bakı şəhərinə daxil olaraq, dinc əhalini vəhşicəsinə gülləbaran edib. Bundan sonra bir dəqiqəlik sükutla şəhidlərimizin xatirəsi yad edilib.


Səhər məşqi qaçış və isinmə hərəkətləri ilə başlayıb. Fiziki hazırlıq üzrə məşqçi Aleksandar Karakliçin rəhbərliyi altında fiziki gücün artırılmasından ibarət tapşırıqlar yerinə yetirildikdən sonra futbolçular iki qrupa bölünüb və baş məşqçinin tapşırığı əsasında taktiki tapşırıqlar yerinə yetirilib. Çalışmalarda ayaqlarında yüngü ağrılar hiss edən Marko Stanoyeviç və Əli Gökdəmir iştirak etməyib.


Yerli vaxtla saat 17:00-da start götürən axşam məşqində isə bütün futbolçular iştirak edib. Qaçış və isinmə hərəkətlərindən sonra üç qrupa bölünərək "kvadrat" oynanılıb. Çalışmanın növbəti hissəsində isə səhər məşqində verilən taktiki tapşırıqların həyata keçirilməsindən ibarət ikitərəfli oyun keçirilib. (klub saytı)



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail