Zeynal MƏMMƏDOV: «Şeferin istefa vermək fikri, bizim də onu komandada saxlamaq kimi bir niyyətimiz yoxdur»

«GÖZLƏYİR Kİ, GETMƏSİ ÜÇÜN ONA NƏ QƏDƏR PUL TƏKLİF EDƏCƏYİK»

07.01.2011 | 5201 dəfə oxunub

«Bakı» Vinfred Şeferi komandada saxlamaq istəmir. Amma alman baş məşqçi bunun əksini söyləyir. Şeferin sözlərindən belə başa düşülür ki, heç nə olmayıbmış kimi o, komandayla yoluna davam edir və ölkə kubokunu komandasına qazandıracaq. Ancaq uğursuz nəticələrdən bezən klub rəhbərliyi onu düşərgədə saxlamamaqda qərarlıdır. Bu barədə klubun vitse-prezidenti Zeynal Məmmədov saytımıza açıqlamasında bildirdi: «Şeferə də söyləymişik, onun komandadan getməsini istəyirik. Bu, qəti qərardır. Amma hələ ki, onunla tam üzülüşməmişik. Məsələ ondadır ki, Şeferin klubla hələ 6 aylıq müqaviləsi var. O da buna görə bizdən təklif gözləyir ki, ona nə qədər təzminat ödəmək istədiyimizi söyləyək. Əgər bir baş məşqçi komandada uğurlu nəticə qazanarsa və rəhbərlik onu istefaya göndərərsə, o zaman çalışdırıcı istədiyi təzminatı almaqda haqlı olar. Amma Şeferlə məsələ tamam başqadı. Komandamız bu gedişlə ilk altılıqdan kənarda qalmaq təhlükəsiylə qarşı-qarşıyadır. «Bakı» klubu tarixində ən pis oyunlarını oynayır, kubokda «Muğan»ı sadəcə bəxt hesabına keçdik. Bunlara görə Şefer özü istefa verməliydi. Amma Şeferin istefa vermək fikri, bizim də onu komandada saxlamaq kimi bir niyyətimiz yoxdur».



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail