Prosineçki Rəşad barədə yekun qərarın verdi

22.01.2015 | 4735 dəfə oxunub

"Qarabağ" bu gün gözəl oyun sərgilədi. Millinin futbolçularından Rəşad Sadıqov, Maksim Medvedev, Qara Qarayev, Bədavi Hüseynovun oyununu çox bəyəndim. Sürətli və maraqlı matç oldu".

Stadium.Az xəbər verir ki, bu sözləri millimizin baş məşqçisi Robert Prosineçki "Qarabağ"ın "Sürix"lə 1:1 hesabı ilə bərabərə qaldığı qarşılaşmadan sonra deyib.

O bildirib ki, izlədiyi matçlarda futbolçular çox yaxşı çalışırlar: "Bu keyfiyyətləri nəzərə alaraq düşünürəm ki, milli komandanı yaxşı səviyyəyə çatdıra bilərik. 

Mən burada tək deyiləm. Baxa bilmədiyim matçları köməkçilərim izləyir.  Millinin futbolçularının bir çoxunun oyununu Norveçə qarşı matçda görmüşəm.  Milli komandada yaxşı gənc və bacarıqlı  futbolçular görə biləcəksiniz" - deyə o bildirib.

Təcrübəli mütəxəssis deyib ki, fevralda millinin təlim-məşq toplanışı olacaq: "Təlim-məşq toplanışı zaman bir yoxlama matçı da keçirəcəyik".

Prosineçki milli komandanın kapitanı Rəşad Sadıqovla olan görüşü haqda da danışıb:

"Maraqlı və səmimi söhbətimiz oldu. Mən çalışacam ki, kapitanla gələcəkdə tez-tez söhbət edim. Onunla söhbətimizdən hiss etdim ki, Rəşad milli komandanın uğurları üçün çalışmağı həqiqətən istəyir. Onun enerjisi də buna imkan verir. Bugünkü oyunda da Rəşad özünü yaxşı tərəfdən göstərdi".

O, R.Sadıqovun milli komandada kapitan kimi qalıb-qalmayacağı ilə bağlı verilən sualı isə belə cavablandırıb:

"Rəşad oynadığı müddətdə kapitan qalacaq".



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail