Bakı Olimpiya Stadionunda son durum VİDEO

23.01.2015 | 6742 dəfə oxunub

Bakıda keçiriləcək Birinci Avropa Oyunlarına az vaxt qalıb. Stadium.Az xəbər verir ki, Bakı Olimpiya Stadionunda işlər yekunlaşmaq üzrədir. Stadionun fevralın sonunda təhvil veriləcəyi gözlənilir. Stadion sahəsinə 4, tribunalara isə 26 giriş olacaq. 69 minə yaxın tamaşaçı tutumlu stadionda VİP, CİP və əlil tamaşaçılar üçün də xüsusi oturacaqlar hazırlanıb.

Təqribən 50 hektar ərazidə tikilən 6 mərtəbəli stadion 62 metr hündürlüyündədir. İnşaat işləri Beynəlxalq Tikinti Standartına, FİFA və UEFA standartlarına uyğun aparılır. Stadionun fasadı yanğına, eroziyaya davamlı xüsusi materialdan hazırlanıb. 2 min tamaşaçı tutumuna malik əlavə məşq meydançasından, həmçinin mexaniki binadan ibarət olacaq stadiona qonaqların daha çox piyada, ictimai nəqliyyatla gəlmələri nəzərdə tutulub ki, bunun üçün də 3103 yerlik avtomobil parkı inşa edilir. Stadionun ətrafında ümumilikdə 82 min kv.m yaşıllıq sahəsi salınacaq.
 
Hazırda stadionun içərisində təmizlik, ətrafında isə abadlıq işlərinin davam etdiyi görülür. Bakı Avropa Oyunları Əməliyyat Komitəsindən bildirilib ki, bütün tikinti işləri müvafiq cədvəl üzrə gedir.
 
Ölkə başçısı və fəxri qonaqlar üçün nəzərdə tutulan otaqdan stadionun ərazisini aydın görmək olur.
 
Müasir arxitektura üslubu, xüsusi gözəlliyi ilə seçiləcək stadionun interyerində də son tamamlama işləri aparılır. Beynəlxalq standartlara tam cavab verən güclü və müasir işıqlandırma sistemi, həmçinin stadionun qapıları üzərində quraşdırılmış böyük tablolar hazır vəziyyətə gətirilib.
 
Stadion Gənclər və İdman Nazirliyinə təhvil verildikdən sonra Avstraliyadan gələn ot örtüyü salınacaq.

Müxtəlif funksiyalı tribunalar, qaçış zolağı və digər infrastrukturla bağlı tədbirlər də görülür. Stadion ətrafında açılış mərasiminə hazırlıq məqsədi ilə çadırlar qurulub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail