İmişli rayon sakininin iki övladı var: ATA ÖVLADININ BİRİNƏ FUTBOLÇU, DİGƏRİNƏ KLUB ADI VERİB EKSKLUZIV

07.01.2011 | 5692 dəfə oxunub

Olduqca maraqlı, maraqlı olduğu qədər də təəccüblü bir xəbər əldə etmişik. Məsələ ondadır ki, futbola hədsiz marağı olan İmişli rayon sakini Nərimanlı Naib Nuhu oğlunun iki oğlan övladı var və hər ikisinin adı futbolla bağlıdı. Adın futbolla bağlı olması o qədər də maraqlı olmaya bilər, amma Naib bəyin övladına azarkeşi olduğu klubun adını qoyması çox maraqlıdır.

rn

Başlayaq birincidən.

rn

Naib bəy 15 may 2003-cü ildə anadan olan ilk oğlan övladının adı Tayfun qoyub. Tayfun Korkutu tanıyırsız yəqin. «Real Sosyedad»ın İspaniya primerosunda at oynatdığı zaman Tayfun Korkut Nihatla bir yerdə komandanın əsas oyunçularından biri idi. Daha əvvəl isə «Fənərbaxça»da çıxış etmişdi. Bask klubundan sonra əvvəl «Espanyol»a, daha sonra isə «Beşiktaş»a gəldi. Və karyerasını «Gənclərbirliyi»ndə bitirdi. Naib bəy də bax bu Tayfunun şərəfinə ilk oğlan övladının adını Tayfun qoyub.

rn

Onun ikinci oğlan övladı isə 20 aprel 2007-ci ildə anadan olub. İtaliyanın «Milan» klubunun dəlicəsinə azarkeşi olan ata, bu oğlunun adı Milan qoyub. Yəqin ki, «Milan» klubu barədə daha ətraflı məlumat verməyə ehtiyac yoxdur. Bax belə, Naib bəyin iki övladı var, birinin adı futbolçu, digərinin ki isə klub adıdır.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail