Qurban Qurbanov: "Komanda hələ hazır deyil"

24.01.2015 | 3335 dəfə oxunub

Bu gün "Qarabağ” Antalyada yoxlama oyununda Bolqarıstanın "Levski” klubuna 3 cavabsız qolla məğlub oldu. Qarşılaşmadan sonra Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov Staium.Az saytının Antalyaya 
ezam olunmuş müxbirinin sualların cavablandırıb:

- İlk dəqiqələrdən istədiyimiz oyunu göstərə bilmədik. Çünki topa nəzarəti itirdik. Ümumiyyətlə, ağır oyun oldu. Nəticəni də normal qəbul edirəm. Oyunçularımızın hazırlığı fərqlidir. Kimisi yaxşı, kimisi normal, kimisi isə istədiyimiz kimi deyil. Buna görə də balanslaşdırma yaxşı deyil. Səhvlər çox olduqca, işimiz də çox olacaq. Bu səhvləri aradan qaldırmaq üçün daha çox vaxta ehtiyac olacaq. Düşünürəm ki, hazırlığımız qaydasındadır. Çalışmalarımız da plana uyğun gedir. Qarşıda hələ bir həftə vaxt və 3 oyun var. Buna görə də, çalışacağıq bu müddət başa çatana kimi, tam optimal vəziyyətə gəlməsək də, buna yaxın bir durumda olaq.

- Futbolçularınzı iki penaltini vura bilmədi və məğlubiyyət sizə necə təsir etdi?

- Hər bir məğlubiyyət bizə təsir edir, hesabdan aslı olmayaraq. Penaltinin də vurulmaması üçün futbolçuya irad bildirmək olmaz. Normal haldı. Deməzdim ki, bizimkilər pis vurdu, sadəcə rəqib qapıçı bizimkindən daha yaxşı oynadı.

- Təbii ki, bu məğlubiyyət komandanızın gücü deyil. Fiziki hazırlıq yerində deyil, yoxsa oyun qura bilmir komanda?

- Çalışırıq hər oyunda nəticə üçün meydana çıxaq. Komanda ümumi olaraq hələ nə fiziki baxımdan, həm də oyun qurmaq baxımından istədiyimiz səviyyədə deyil. Bizim tam hazırlığımız çempionatda 3-4 oyundan sonra düzələcək. Ancaq bundan sonra optimal formaya düşəcəklər.

- Komanda daim rəqib müdafiəçilərin arxasına top atmaq istəsə də, bunu bacarmadı...

- Bizim oyunumuz konkret olaraq bunun üstündə qurulmamışdı. Oyundu da, olur belə şeylər.

- Matç bitdikdən sonra Namiq Yusifovla Hacı Əhmədova nəsə narazılığınızı emasional şəkildə 

bildirirdiz. Nəylə bağlıydı bu?

- Narazılığımız yox, sadəcə fikirlərimi çatdırırdım onlara.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  



Çox oxunan xəbərlər
Son xəbərlər

12.03.2024

24.07.2023

22.07.2023

21.07.2023

20.07.2023

19.07.2023

18.07.2023

17.07.2023

16.07.2023

15.07.2023

   
  O Q H M T-f X
1. Neftçi 28 18 5 5 47-25 59  
2. Qarabağ 28 16 9 3 64-18 57  
3. Sumqayıt 28 10 9 9 30-31 39  
4. Zirə 28 8 14 6 28-28 38  
5. Sabah 28 7 8 13 28-39 29  
6. Keşlə 28 5 11 12 25-40 26  
7. Qəbələ 28 5 11 12 23-44 26  
8. Səbail 28 5 9 14 21-42 24  
08.05Səbail ---Neftçi
08.05Keşlə ---Sumqayıt
09.05Zirə ---Qəbələ
09.05Sabah ---Qarabağ
14.05Sumqayıt -Neftçi
14.05Qarabağ -Keşlə
14.05Qəbələ -Sabah
14.05Zirə -Səbail