Rəşad Sadıqov çempionatın favoriti "Qarabağ"ı yox, bu komandanı görür - MÜSAHİBƏ
“Qarabağ”ın və Azərbaycan millisinin kapitanı Rəşad Sadıqovun müsahibəsin təqdim edirik:
- Əvvəlcə hazırlığın gedişi barədə məlumat verərdin...
- Şükür Allaha, hazırlıqlarımız pis getmir. İstirahətdən
sonra yavaş-yavaş formamızı bərpa etməyə çalışırıq. Artıq 10 gündən çoxdur ki,
burdayıq. Qarşıda isə bir həftə vaxtımız var. Bu müddətdə 2-3 yoxlama oyunu
keçirəcəyik. Saq-salamat, inşAllah zədəsiz bu mərhələni də başa vurub
çempionata başlayarıq.
- Digər klublarla müqayisədə “Qarabağ”
Antalyada bir həftə artıq qalıb daha çox hazırlıq keçəcək. Çünki ilk turda
istirahət edəcəksiz. Bu məqam sizin xeyrinizədir, yoxsa əksinə?
- Təbii ki, hamıyla eyni vatda başlamaq daha
yaxşı olardı. Bunu isə ikinci turdan sonra biləcəyik. Hamıyla eyni vaxtda ritmə
düşəm yaxşı cəhətdi. Amma burada qalıb
bir həftə əlavə hazırlaşmaq da bizim üçün üstünlükdür. Burada oyunlar
oynayacağıq. Amma tez gedib Azərbaycandakı mühitə uyğunlaşmaqda daha yaxşıdır.
Çünki burada hava başqa, orada başqadır. Meydançalar tam fərqli səviyyədədir, rəqiblərdə
başqa cürdür.
- “Qarabağ” burada keçirdiyi ardıcıl üç
yoxlama oyununda qələbə qazan bilməyib...
- Hazırlığın ilk mərhələsində əsas diqqətimizi
fiziki güc toplamağa yönəltmişik. Son oyunda 60, “Split”lə görüşdə isə 45 dəqiqə
mübarizə apardıq. Son qarşılaşmada da tam oynmadıq. Bununla məşqçilər komandanı
yavaş-yavaş 90 dəqiqəlik mübarizəyə hazırlayırlar. Komanda indi tam hazır
deyil, buna baxmayaraq, bir şeyi də nəzərə almaq lazımdır. Bu toplanışda bütün
rəqiblərin hamısı ciddi komandalardır. Oyunlar çətin keçəcək. Bizdə çalışırıq
oyunla bərabər nəticə də qazanaq ki, uşaqlar qələbə qazanmağa da alışsınlar.
- Dediz ki, əsas fikir indi fiziki gücədir.
Arxada qalan müddətdə bu yöndəki çalışmalar yaxşı gedib?
- Tam ideal səvviyyədə deyilik. Çünki proqrama
əsasən toplanışın sonunda ideal vəziyyətə çatacağıq. 15 gündür məşq edirik,
ideal səviyyəyə çata bilmərik. İlk iki ağır dövrəni keçirdikdən sonra 20 gün
istirahət etmişik. Zədəlilər yavaş-yavaş özünə gəlir. Hamı optimal səviyyədə
deyil və ola da bilməz. Amma vaxtımız var, bundan da səmərəli istifadə edib,
istəyimizə çatacağıq.
- Neçə ildi “Qarabağ”dasan və hər il qışda
Antalyaya gəlirsən. Bu toplanışın əvvəlkilərdən fərqi var?
- Adətən eyni proqramla işləyirik.
Proqramımızda elə bir dəyişiklik də yoxdur. Artıq komanda üzvləridə də buna öyrəşiblər.
Fərq ondadır ki, bu dəfə rəqiblər daha ciddi komandalardır. Nəticə olmasa belə,
çox güc sərf etmmək lazımdır ki, rəqiblə meydanda başa-baş mübarizə apara bilək.
- Zədəlilərdən ancaq Cumbinyo qalıb, qalan
hamısı məşqlər edir. Amma komanda onlarsızda yaxşı təsir bağışlayırdı...
- İlk növbədə heyətin çox olması bizim üçün həm
rəqabət, həm də üstünlükdür. Zamanla da hər şey bilinəcək. Reynaldo hələ tam
hazır deyil. Cumbinyoya hələ 3 ay vaxt lazımdı. Zədəlilərin olmaması bizim üçün
yaxşıdır. Futbolçular istirahət edə bilirlər. İndi qarşıda həm çempionat, həm də
kubok oyunları var və yenə 3-4 gündən bir matçlar olacaq. Hələ millinin
toplanışlarınada qatılacağıq. Bunların fonunda komandada yorğunçuluq olacaq.
Buna görə heyət nə qədər geniş olsa, o qədər yaxşı olar.
- “Qarabağ”ın kapitanı kimi Reynaldonun
oyunundakı eniş barədə fikrin maraqlıdır...
- Məncə Reynaldonun oyununda eniş yoxdur, sadəcə
yaranmış qol vəziyyətlərindən lazımınca istifadə edə bilmirdi. Amma onu da nəzərə
almaq lazımdır ki, Avroliqa oyunlarında belə bütün rəqiblər ona qarşı çox ciddi
oynayırdılar. Bütün komandalar onun təhlükəli oyunçu olduğun bilir və xüsusilə
ona qarşı daha diqqətcil çıxış edirlər. Bunu da nəzərə almaq lazımdır.
Reynaldonu tanımayanda onun üçün də oynamaq çox asan idi. “Zalsburq”la Bakıda rəqibin
başına necə oyun açdı?! Ondan sonra bütün komandalar onu tanıdılar və meydanda
rahat davranmasına imkan yaratmırdılar. Amma yenə də qol vəziyyətləri yaradır,
rəqibi təzyiqdə saxlayırdı. Sadəcə olaraq qol vəziyyətlərindən istifadə edə
bilmirdi. “Sumqayıt” və “Araz Naxçıvan”la oyunlarda iki qol vurdu, amma qolları
sonradan hesaba alınmadı. Bu da ona psixoloji cəhətdən çox pis təsir etdi. Axı
buna görə bombardirlər qrupundan uzaq düşdü. Məşqlərdə də çox canla-başla
çalışır. Görünür ki, Reynaldo elə həmin Reynaldodur. Ona gələn təkliflərə də
baxmayaraq, komandada qaldı, bizi atıb getmədi.
- Reynaldo bir müddət mətbuatda və azarkeşlər
tərəfindən tənqid olundu. Çünki bir çox yerdə xəsislik edirdi, ötürmələr
vermirdi. Kapitan kimi bu məqam sizi qıcıqlandırırdı?
- Bizim özümüzün xoşuna gəlir ki, Reynaldo
oyunu öz üzərinə götürsün. Bütün güclü klubların belə futbolçuları var – Messi,
Ronaldo. Reynaldo da bu tip futbolçudur. Məşqçilərdə ondan elə bunu tələb
edirdi. Keçən ildə Reynaldonun oyunu öz üzərinə götürməsinin çox faydasın
görmüşük. Başa düşürük ki, bu, Reynaldodur. Bizdə ondan bunu tələb edirik.
- Necə düşünürsən, komandadan ayrılan
Emeqaranın yeri görünəcək?
- Emeqara həqiqətən yaxşı futbolçu idi. Təbii ki, onun kimi futbolçuya ehtiyac vardı. Amma bizim komandada yaxşı futbolçular var. Əlimizdən gələni edəcəyik ki, yeri görünməsin. Emeqaranın varlığı Reynaldonun yoxluğu olan zamana təsadüf etdi. İndi Reynaldo artıq sağalır. Reynaldo yaxşı qayıtsa, hamı qaydasında olandan sonra Emeqaraya da ehtiyac olmayacaq.
- Komandadakı gənc futbolçular barədə fikrin nədir?
- Həqiqətən komandanın gəncləri özlərini çox
yaxşı tərəfdən göstərdilər və heyətin bir parçasına çevrildilər. Bu da bizi çox
sevindirir. Artıq özlərinə inanıblar və görürlər ki, burda oynaya bilərlər.
- Şəhriyar Əliyevi baş məşqçi mərkəzdə
oynatmağı düşünür. Səncə Şako yaxşı futbolçu ola biləcək?
- Şəhriyar
yaxşı futbolçudur. O, komandaya gələndə hazırlıqsız idi. Bildiyiniz kimi
“Bakı”dan ayrılanda hazırlıq keçməmişdi, gəldi, bizdə məşqlərə başladı. İndi də
görürük ki, Şəhriyar üzərində şox işləyir. Çox çalışqan futbolçudur. İkinci
dövrədən komandada oynamağa başladı. Məncə “Qarabağ”da əsas heyətdə oynamağa
qadir oyunçudur. Baş məşqçimiz də ona güvənir. Görüb götürən, sözə qulaq asan və
öz üzərində daim işləyəndi. Futbolçu olmaq üçün bunlar əsas amillərdir. Heç kim
birdən birə dahi olmur ki. O qədər istedadlı futbolçular olur, amma üzərilərində
işləmədikləri üçün sonradan yoxa çıxırlar. İnşaAllah inanıram ki, Şəhriyar özün
ən yaxşı tərəfdən göstərəcək və komandaya xeyirli futbolçu olacaq.
- Premyer Liqada artıq iki dövrə başa çatıb. Səncə
“Qarabağ”la hansı komanda çempionluq mübarizəsi aparacaq?
- “Xəzər Lənkəran” strategiyasın dəyişdi, buna
görə də liderlik üçün oynayacaqların düşünmürəm, amma məncə yenə də çətin rəqib
olaraq qalacaqlar. “Qəbələ” liderlərdən uzaq qalsa da, məncə fasilədən sonra
çox iddialı olacaqlar. Sona qədər mübarizə aparacaqlar. “Simurq” da yaxşı
komandadır. Mən özümdə gözləyirəm ki, bu komanda üçlüyə düşə bilər. “Neftçi”yə
gəlincə, bu komanda da nə qədər problem olsa, daim birinci yer üçün oynayırlar.
Amma mən çempionatın favoriti kimi “İnter”i görürəm. “Qarabağ” da, “Neftçi” də əsasən
“İnter”lə mübarizə aparmalı olacaq. Kaxaber Sxadadze də yayda komandadan gedəcək.
Buna görə qapını bərk vurub getməlidir. Yaxşıda transferlər etdilər. Təbii ki,
çempionluq bu üç komanda arasında gedəcək. “Neftçi” yaxşı yerli futbolçular
aldı. Buna baxmayaraq, “İnter”i hər iki komandadan öndə görürəm.
- Milli komandanın gələcəyin necə görürsən?
- Yeni baş məşqçi gəldi və çox sıx qrafiklə
çalışır. Bizim oyunlarımızı, hətta məşqlərimizi belə gəlib izləyirlər. Bu da
futbolçularda həyacan yaradır, işlərinə məsuliyyətlə yanaşırlar. Səbirsizliklə
Robert Prosineçkiylə ilk toplanışı gözləyirəm. Allaha da dua edirəm ki, bu
uğursuzluqlardan canımızı qurtaraq. İlk oyun – Maltayla qarşılaşmadan
başlayaraq qələbələr qazanmalıyıq.
- Berti Foqtsun vaxtında milliyə çoxlu sayda
lazımsız legionerlər çağırılırdı. Prosineçki isə onlara dəvət yollamayacağın
bildirib. Sənin kapitan olaraq bu məsələyə fikrin nədir?
- Futbolçu dəvəti mənə yox, məşqçilərə aid olan işdir. Kimi dəvət edəcəklərsə onlarla da oynayacağıq. Amma millidə oynayanlarında zəhmətlərin yerə vurmaq olmaz. Kimi dəvət ediblərsə, bizə köməkləri dəyib. Legioner olsalar da, bizim bayrağımız altında çıxış ediblər. Qollar vurublar, meydanda mübarizə aparıblar. Biz başımızı aşağı salıb futbolumuzu oynayacağıq.
- Eddi İsrafilovun milliyə cəlb olunması barədə
nə deyə bilərsən?
- Həqiqətən çox sevindim. Mən çox istəyirdim
ki, Eddi millimizdə oynamağa razılıq versin. İsrafilov İspaniya La Liqasında
çıxış edən bir futbolçudur. Bizim üçün çox yaxşı oldu. Ona ümidlər böyükdür.
Milliyə yeni nəfəs qatacaq. Belə bir futbolçuya ehtiyacımız vardı. Onun kimi
daha 3-4 futbolçumuzda olsa, millidə yaxşı nəticələr əldə edərik.
- Rusiya çempionatında çıxış edən bir neçə
futbolçuda var ki, onlarda millimizdə oynaya bilər. Amma hamısı bildirir ki,
Rusiyanı seçəcəklər. Məsələn “Zenit”dən Ramil Şeydayev, “Krılya Savetov”dan Emin
Mahmudov, “Spartak”dan Ayaz Quliyev...
- Onları qınamaq istəmirəm, çünki onların
yerində deyiləm ki, yerlərinə fikir bildirim. Ancaq onlar özləridə yaxşı başa
düşürlər ki, Azərbaycanın onlara ehtiyacı var. Mən düşmən ölkəni örnək gətirmək
istəmirəm, amma onların (Erməniləri nəzərdə turur) futbolçularına da başqa
millilərdən təkliflər olur, amma öz komandaların üstün tuturlar. Bizim də
Aleksandr Səmədov kimi futbolçuya ehtiyacımız vardı, amma o, Rusiyanı seçdi və
bu söhbət bağlandı. İndi o biri futbolçulara məsləhətim budur ki, Azərbaycan
millisin seçsinlər. Onların damarında azərbaycanlı qanı axır və bu ölkənin də həmin
futbolçulara ehtiyacı var. O cür oyunçular Azərbaycan millisində oynasalar,
inanın ki, çox böyük uğurlar qazanmaq olar. Təcrübələri böyükdür, faydaları çox
dəyər.
- Onlara üz-üzə gəlsən bu futbolçulara nə söyləyərsən?
- Əvvəllər onlar üçün problemlər vardı. Bizim
millini seçsəydilər Rusiyada legioner sayılacaqdılar, amma gələn ildən bu
problem də aradan qalxır. Çünki Rusiyada legioner limiti olmayacaq. Rahatlıqla
Azərbaycan millisində oynaya bilərlər. Əgər onlarla görüşə bilsəm, Azərbaycan
millisin seçmələri üçün əlimdən gələni edərəm.
- Səncə Prosineçkiylə milli uğur qazana biləcək?
- Bilirsiz, bütün problemləri baş məşqçinin
üstünə atmaq düzgün deyil axı. Gərək bizdə çalışaq. Amma inanıram ki, o, milliyə
yeni ruh gətirəcək və uğurlu nəticələrə imza atacağıq.
- Prosineçki bildirib ki, sən oynadığın müddətcə
onun başçılığı altında millidə kapitan olacaqsan. Sənə inamı böyükdür...
- Prosineçkiylə görüşümüz oldu. Əgər o, fikirlərini və yanaşmasını Azərbaycan millisində həyata keçirə bilsə, uğur qazana biləcəyik. Onunla görüşümüz mənim üçün çox faydalı oldu. Çünki psixoloji cəhətdən faydasın gördüm. Məndə həvəsimi və əzmimi birə beş artırdı. Onun mənə olan etimadını doğrultmaq üçün daha çox çalışmalıyam.
ÜMİD (Goal.Az)
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
"Qalatasaray"ın 3 müdafiəçisi Super Liqa matçında oynamayacaq
“Mançester Siti” Fodenin müqaviləsini uzadacaq
“Mən də azərbaycanlıyam, millidə oynamaq istəyirəm” – “Araz Naxçıvan”ın hücumçusu
MY-in maraqlandığı “Everton”lular
Pep belçikalı oyunçusu barədə danışıb
Moyesin oğlu onunla bərabər çalışacaq
“Mançester Siti” qolkiperini itirdi
"Fənərbaxça"da itki
"Arda Gülerin böyük gələcəyi var"
"Qarabağ" azarkeşlərə müraciət etdi
Rahilin komandası səfərdə qalib gəldi
"Araz-Naxçıvan" "Qarabağ"ın yetirməsini transfer etdi
"Trabzonspor"dan ayrılıb sabiq klubuna qayıtdı
Qara Qarayev "Neftçi"də - RƏSMİ
12.03.2024
24.07.2023
22.07.2023
21.07.2023
20.07.2023
19.07.2023
18.07.2023
17.07.2023
16.07.2023
15.07.2023
O | Q | H | M | T-f | X | |||
1. | Neftçi | 28 | 18 | 5 | 5 | 47-25 | 59 | |
2. | Qarabağ | 28 | 16 | 9 | 3 | 64-18 | 57 | |
3. | Sumqayıt | 28 | 10 | 9 | 9 | 30-31 | 39 | |
4. | Zirə | 28 | 8 | 14 | 6 | 28-28 | 38 | |
5. | Sabah | 28 | 7 | 8 | 13 | 28-39 | 29 | |
6. | Keşlə | 28 | 5 | 11 | 12 | 25-40 | 26 | |
7. | Qəbələ | 28 | 5 | 11 | 12 | 23-44 | 26 | |
8. | Səbail | 28 | 5 | 9 | 14 | 21-42 | 24 | |
08.05 | Səbail | --- | Neftçi |
08.05 | Keşlə | --- | Sumqayıt |
09.05 | Zirə | --- | Qəbələ |
09.05 | Sabah | --- | Qarabağ |
14.05 | Sumqayıt | - | Neftçi |
14.05 | Qarabağ | - | Keşlə |
14.05 | Qəbələ | - | Sabah |
14.05 | Zirə | - | Səbail |